Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


24.02.2017  12:21 

Qarabağ əlilinə qarşı amansızlıq - “143 manatın ümidinəyəm”





A+  A-

"Arzu Rəhimov qanunsuz olaraq məni işdən çıxarıb, daha az maaşlı işə keçirib”- ikinci qrup Qarabağ müharibəsi əlili, polkovnik-leytenant Zakir Hüseynov Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi Arzu Rəhimovdan şikayətçidir. Deyir ki, illərlə xidmətdə ixtisasına uyğun vəzifədə çalışıb, günlərin birində isə onu işdən azad ediblər və uyğun olmayan işə yollayıblar. Həmin işdə isə əmək haqqı azdır.
Z.Hüseynov dəfələrlə dövlət qurumlarına və müvafiq təşkilatlara müraciət etsə də, problemi həll olunmayıb: "Şikayət edirəm, deyirlər ki, 143 manat maaşdan əlavə təqaüd də alırsan. Halbuki hazırda SHXÇDX-də ehtiyatda və istefada olan zabitlər çalışırlar. Onlar da təqaüd alırlar, amma yüksək maaşlı işdə də qalmaqdadırlar. Mən 2-ci qrup Qarabağ əliliyəm, faktiki olaraq mənimlə bu gün xidmətdə çalışan Arzu Rəhimova yaxın olan təqaüdçülərin arasında fərq yoxdur. Üstəlik, qanun da mənim 2-ci qrup əlil kimi öz razılığım olmadan başqa işə keçirilməyimə imkan vermir. Məni başqa işə öz razılığım olmadan keçiriblər. Arzu Rəhimovun özü təqaüd də alır, maaş da. Mənim müraciətlərimə isə cavab yazırlar ki, təqaüd alırsan. Başa düşə bilmirəm ki, mənim təqaüd almağımı niyə səbəb gətirirlər. Axı mənə cavab yazanların özləri də mənim kimi təqaüdçülərdir”.


Zakir Hüseynov deyir ki, o qızğın döyüşlər gedən, ön cəbhədəki hərbi hissələrdə nümunəvi xidmət və şücaət göstərib. Tovuz rayonunun müdafiəsində mərdliklə dayanan hərbi hissənin döyüşcü komandiri olub. Onlar dəfələrlə erməni işğalçılarınının canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Məhz bu uğurlu döyüş əməliyyatlarının keçirilməsində hərbi hissənin komandiri Zakir Hüseynov böyük fədakarlıq göstərib, minaya düşərək ağır yaralanıb, sağ ayağını itirib. Hazırda ömürlük şikəstdir.


Müharibədən sonra hərbi komissarlıq sistemində çalışıb. 2009-cu ildə ştat ixtisarı ilə ixtisar olunub, sərəncama götürülüb.


"Vaxtından əvvəl heç bir qüsurum olmadığı halda son yaş həddinə çatmamış hərbi xidmətdən ehtiyata tərxis etdilər. Hərbi xidmətdən tərxis olunduqdan sonra Bakı şəhəri, Nizami rayonu Hərbi Komissarlığında mülki işçi kimi işə qəbul olundum. 2012-ci ildə hərbi komissarlıq sistemi yenidən qurularaq SHXÇDX yaradıldıqdan sonra qeyri-qanuni olaraq azad edildim. Bir müddət sonra isə məni SHXÇDX-nin nəzdində olan ”Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı" MMC-nin Xətai rayon filialında mühəndis-mexanik kimi işə qəbul etdilər. Hazırda işlədiyim mühəndis-mexanik vəzifəsi ixtisasıma uyğun deyil. Mühəndis deyiləm, mexanik işini bilmirəm. İndiki iş yerimdən aldığım 143 manat heç mənim müalicə xərclərimə kifayət etmir. Habelə hərbi rütbəmə uyğun deyildir. Mən polkovnik-leytenant kimi ehtiyata buraxılmışam. Valideynlərim ermənilərlə həmsərhəd kənddə yaşayır, daim düşmən atəşinə məruz qalırlar. Mən onların da qayğısına qalmalıyam. Həyat yoldaşım və qızım 2003-cü ildə vəfat ediblər. Hazırda himayəmdə azyaşlı yeganə oğlum var, mən ona həm ata, həm də anayam.
Dəfələrlə ixtisas və təcrübəmə uyğun işlə təmin olunmaq üçün SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olmuşam, yazılı müraciətlər etmişəm. Lakin bu günədək məsələ həllini tapmır. Münasib işlə təmin olunana qədər mübarizə aparacağam".

musavat.com

Xəbər 3747 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +