Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.02.2017  11:21 

Bakıdakı məşhur klinika həkiminin - Saxta diplom qalmaqalı





A+  A-

Azərbaycanda saxta “uzman doktor” diplomu alınması ilə bağlı məsələ sosial şəbəkədə ictimailəşdirilib.
Məsələni Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev gündəmə gətirib. O, iddia edir ki, “Zəfəran Hospital”da çalışan Günay Qasımova saxta yolla mütəxəssis həkim diplomu hazırlatdırıb:

“İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib. Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb”.

Onun sözlərinə görə, uzman doktor ünvanı almaq üçün 6 illik baza tibb təhsilindən sonra Türkiyədə "Denklik" ( diplom tanıtma) və "TUS" ( tıpta uzmanlık sınavı) imtahanlarını keçməlisiniz ki, bunlar da olduqca mürəkkəb və hazırlığı uzun müddət tələb edən mərhələlərdir: “İmtahanda uğurlu olduqdan sonra isə ixtisas üzərinə 4-6 il həm teorik, həm də praktiki təhsil alınır və sonda bir tezis üzərində çalışılır, imtahana girilir. Əgər nəticə uğurlu olarsa ona uzman həkim ünvanı verilir. Yəni, uzman həkim olmaq üçün ağır, yorucu və yuxusuz gündüzləri-gecələri fəda etməlisiniz”.

Müzakirəyə qoşulanlar diplomda o dövrkü Səhiyyə naziri Mehmet Müəzzinoğlunun həqiqi imzası ilə Günay Qasımovanın diplomundakı imzanı qarşılaşdırıb. Məlum olub ki, imza həqiqətən saxtadır.

Diplom “uzman həkimlərimiz” adlı səhifədə paylaşılıb və məsələyə etiraz bildirildikdən sonra səhifədən silinib.

Sayt məsələ ilə bağlı “Zəfəran Hospital”da çalışan Günay Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, yazılanlardan xəbərdardır: “Haqqımda o məlumatları paylaşanlar məhkəməyə veriləcək. Mən artıq İstanbul universitetinə bu barədə müraciət etmişəm. Sadəcə prosedur qaydalarına görə iki həftədən sonra mənə rəsmi cavab veriləcək”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həkim özəl klinikada çalışırsa bu, onların səlahiyyətinə aid deyil, məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edilməlidir.

Təhsil Nazirliyi ilə də əlaqə saxlasaq da, mövzu haqda onlardan münasibət öyrənmək mümkün olmadı.

(qafqazinfo.az)

Xəbər 4254 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +