Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Bakıya yeni avtobuslar gətirildi
Ermənistanla sərhəddə təxribat
Atəşkəs 23 dəfə pozuldu
Gəncədə ata döyüldü, iki oğlu isə bıçaqlandı
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”
Sürücünün söydüyü yol polisi işdən çıxarıldı
Bakıda 2 milyonluq dərman əməliyyatı
40 minlik dələduzluq edən şəxs tutuldu
Gürcüstan Prezidenti barədə istintaq başladıldı


23.02.2017  11:32 

Ətin qiyməti toyları “vurdu”





A+  A-

Şadlıq evləri bu cür davam edərsə, qiymətləri artıracaqlarını deyirlər
Ölkədə dana əti 12 manat, qoyun əti isə 12 manat 50 qəpik olub. Bu isə toy etmək istəyənlərin sayının azalmasına səbəb olub. Əvvəllər hər gün bir neçə toy dəvətnaməsi gəlirdisə, şadlıq evlərinin qarşısından toy karvanına görə keçmək mümkün olmurdusa, indi bunların heç birini görmək mümkün deyil. Səbəb təbii ki, bahalıqdır. Əvvəllər 1 aya 20-25 toyu olan şadlıq evləri indi ay ərzində 3-4 toy olanda sevinirlər. Əksər şadlıq evləri bu cür davam edərsə, qiymətləri artıracaqlarını bildirirlər.
Ətin qiymətinin bahalaşmasını isə ət satanlar yemin baha olması ilə əlaqələndirirlər. Ət satıcısı Firdovsi Məmmədov ətin qiymətinin yaxın 1-2 həftəyə 15 manatadək artacağını dedi: “Əgər indi əti 12 manata satırıqsa, bayram qabağı 15 manat olacaq. Xaricdən ət çox az gəlir. Mən də bu heyvanı alıb kəsirəm. Satan adam da baha satır. Deyir yemin qiyməti artıb. Heyvan da yeməlidir ki, biz onu kəsə bilək”.

Digər bir qəssab Davud Əliyev də ətin qiymətinin artmasını mal-qaranın azalması ilə əlaqələndirdi: “Mən əti Şəmkirdən gətirirəm. Rayonda əti az kəsirlər. Çünki rayon camaatında heç pul yoxdur. Ona görə də alan yoxdur. Heyvana baxmaq asan deyil. Qiymət artımı Novruzda daha çox olacaq. Əvvəl 7-8 manata satırdıq, bayramda da 10 manata. İndi 12 manatdırsa, bayramda neçə manat olacaq deyə bilmərəm. Biz də istəmərik bahalaşdıraq. Amma biz də yer pulumuzu çıxartmalıyıq. Elə vaxt olur ki, ziyana işləyirəm. Ət alanların sayı kəskin şəkildə aşağı düşüb”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov modern.az-a açıqlamasında bahalaşmanın gözlənilən olduğunu deyib: “Çox təəssüf ki, ölkədə mal-qaranın təminatını ödəyəcək qədər yem istehsal edilmir. Dövlət proqramına əsasən, qarışıq yemin istehsalının 2 milyon ton olacağı deyilsə də, cəmi 47 min ton yem tədarük olundu. Rəsmi rəqəmlərdə göstəricilər yüksəlsə də, realda geriləmə müşahidə edilir. Kifayət qədər yem istehsal edilmədiyi üçün həm ət, həm də süd istehsalını artırmaq mümkün deyil. Ölkədə 2 milyon 800 min başa qədər mal-qara, 8 milyon 800 min baş xırdabuynuzlu heyvan var, amma bu qədər heyvanı təmin edəcək qədər yem yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normalara görə, il ərzində adambaşına düşən ətin miqdarı 84 kiloqramdır. Azərbaycanda adambaşına təminat cəmi 32 kiloqramdır. Fərq böyükdür. Yaxın illərdə isə bu fərqi aradan qaldırmaq mümkün olmayacaq. Məhz fərqin olması sahibkara əldə etdiyi əti baha satmağa fürsət verir. Bu gün heç olmasa əhalinin tələbatının 80 faizi ödənilərsə, ətin də, südün də qiyməti düşər”.

V.Məhərrəmov Azərbaycana ət idxalının artdığını qeyd edib: “2016-cı ildə ölkəyə ət idxalı 2 dəfə, bu ilin yanvar ayında isə 2, 4 dəfədən çox artıb. Kəsim üçün idxal edilən mal-qaranın sayı da əvvəlki ilə nisbətən 4 dəfə çoxdur. Ölkəyə idxal edilən ətin həcmi artıb və əhalinin alıcılıq qabiliyyəti aşağı düşübsə, ətin qiyməti enməli idi. Deməli, ət istehsalı kəskin səviyyədə azalıb ki, idxal belə qiymətin ucuzlaşmasını təmin edə bilmir”.

İqtisadçı ekspert Natiq Cəfərli ətin qiymətinin bahalaşmasının dollarla əlaqəsinin olmadığını dedi: “Sadəcə olaraq, yemin və heyvan bəsləmək üçün olan bəzi avadanlıqların qiyməti qalxıb. Bu da dollar qalxanda baş verə bilər. Düşünürəm ki, bu bahalaşma daha çox mövsümi xarakter daşıyır. Qış aylarında həmişə belə vəziyyət olur. Həm də Novruz bayramı qabağı həmişə qiymətlər bahalaşır. Başqa ölkələrdə bayram qabağı endirimlər olur, bizdə isə təəssüf ki, əksi baş verir. Valyutanın, manatın məzənnəsinin qiymətlərə təsirinə gəldikdə isə hələ çox kiçik bir zaman kəsimidir. İki həftənin bazara elə də böyük təsiri olmayacaq. Çünki bazarda gözləntilər də fərqlidir. Gözləntilər var ki, manat yenidən dəyərdən düşə bilər. Bu gözləntilər olduğu bir şəraitdə qiymətlərin aşağı düşməsi mümkünsüzdür. İş adamları həmişə özlərini sığortalayırlar. Bu gərək uzunmüddətli bir proses olsun ki, iş adamları önünü görə bilsin və qiymətlərdə müəyyən dəyişiklik edə bilsinlər. Hələ ki çox kiçik bir zaman keçib və bu kiçik zaman kəsimində də bunun qiymətlərə yansıması mümkün deyil. Bu gün bazarda olan malların bir çoxu yanvar ayında ölkəyə gətirilən məhsullardır. Çünki müqavilələr daha öncədən bağlanır və məhsullar da ölkəyə tez gətirilir. Həmin ərəfədə də valyutanın məzənnəsi çox yüksək, 1,92 idi. Ona görə də tez bir zamanda bunun qiymətlərə yansımasını gözləmirəm. Amma bu proses uzunmüddətli olsa, azı bir neçə ay indiki məzənnə səviyyəsində qalsa, o zaman bir neçə aydan sonra müəyyən mal kateqoriyalarında qiymətlərin aşağı düşməsini görə bilərik. Ancaq yaxın zamanlarda tam əks proses gedəcək. Çünki dediyim kimi, gözləntilər var ki, həm dolların məzənnəsi qalxacaq, hm qarşıdan bayramlar gəlir. Buna görə də qiymətlərlə bağlı pozitiv bir söz söyləmək çətindir. Qiymətlərin sürətlə bahalaşması ehtimalı daha yüksəkdir”.

Digər iqtisadçı ekspert Rəşad Həsənov isə real sektor biznesin çox ciddi problemlərlə üz-üzə olduğunu dedi: “Haqlı olaraq sual ortaya çıxır ki, valyutanın bahalaşdığı bir dövrdə məhsullar bahalaşırsa, ucuzlaşan dövrdə də ucuzlaşması lazımdır. Amma insanlar və buna münasibət bildirən digər sosial qrupun nümayəndələri bir nüansı unudur ki, hazırda Azərbaycanda ticarət dövriyyəsi o qədər də dinamik deyil. Alıcılıq nisbətən zəifdir. Eyni zamanda şirkətlərin ölkəyə idxal etdiyi məhsullar əslində bir neçə ay əvvəl gətirilmiş məhsullardır və onlar bu gün üçün bazarlara təklif olunur. Belə bir vəziyyətdə valyutanın bir neçə gün ərzində dəyərsizləşməsi faktiki olaraq təklif olunan məhsulların qiymətinə ciddi təsir göstərmir. Onu da nəzərə almaq lazımdır ki, məhsulların bahalaşması üçün təxminən ötən dövr ərzində 2 il müddət keçib. Nəzərə alsaq ki, fevralın ilk devalvasiyası 2015-ci ildə olub. Bu müddət ərzində məhsulların qiyməti bahalaşıb. Ancaq bir həftə ərzində fevralın 2-dən 10-na qədər Azərbaycan manatının möhkəmlənməsi başladı. İnsanların ilk reaksiyası isə nə üçün məhsulların qiyməti ucuzlaşmır deyə ortaya çıxdı. Hazırda real sektor biznes çox ciddi problemlərlə üz-üzədir.

Məhsulların qiymətini qısa müddətli dövr üçün dəyişmək mümkün deyil. Faktiki olaraq baş verənlər təbii axarı ilə davam edir. Hökumət hansısa formada müdaxilə cəhdləri göstərdi. Ancaq buna baxmayaraq, sonradan aydın oldu ki, bu şəkildə məhsulları və iqtisadiyyatı idarə etmək doğru deyil. Nəticədə son dövrlərdə bu istiqamətdə yumşalma müşahidə olunur. Bu günlərdə dərman məhsulları ilə bağlı Tarif Şurası vəziyyəti yenidən qiymətləndirmək məcburiyyətində qaldı. Qiymətlərin məzənnəyə uyğun tənzimlənməsini təmin edəcək yeni mexanizmlər təyin etdi. Bir məsələ var ki, qısamüddətli dövr üçün valyuta məzənnəsindəki dəyişikliklər istehlak ümumi məhsulları bazarında qiymət indeksinə ciddi təsir göstərə bilməz”.

Xəbər 2735 dəfə oxunub.



21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu

20.09.2019  11:39 

Qaz olmayacaq

20.09.2019  10:07 

“Facebook”un ofisində intihar

19.09.2019  18:11 

Məzənnə açıqlandı


BÜTÜN XƏBƏRLƏR +