Ərdoğan Viktor Orbanla görüşüb
DSX-nin kapitanı həbs edildi
İş adamı dələduzluqla üzləşib- FOTO
Azərbaycanda futbol təxirə salındı
Xaçatryan bu ölkəyə səfər edəcək
AFFA Nuraya icazə verdi... - Oynaya biləcək
Əməliyyat: DSX-nın bölmə rəisi və nəzarətçisi saxlanılıb
Vətəndaşdan ondan, o, vətəndaşdan narazıdır
Fikir ayrılıqları var, amma... - Abbas Əraqçi
Eldar Abbasov vəzifəsindən azad edilib


22.02.2017  15:45 

İcra başçısı: “ABŞ səfiri Xocalı şahidlərini dinləməyə tab gətirmədi“





A+  A-

“ABŞ səfiri Robert Sekuta və xanımı Goranboyda Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oldu. Səfir mənə dedi ki, Xocalı soyqırımının şahidlərini eşitmək istəyir. Mən bir neçə hadisə şahidi tapdım. Səfir və xanımının iki nəfəri dinlədikdən sonra qalan şahidləri dinləməyə gücü çatmadı. Xocalı soyqırımının şahidlərinin dediklərindən sonra səfirin xanımının halı pisləşdi”.
XəzərNews.az-ın xəbərinə görə, bunu Xocalı rayon icra hakimiyyətinin başçısı Şahmar Usubov Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib.

Xocalıdan olan məcburi köçkünlərin respublikanın müxtəlif rayonlarında məskunlaşdığını vurğulayan icra başçısı bildirib ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılmasında böyük işlər görür.

Ombudsman Elmira Süleymanova isə bildirib ki, Xocalıdan əvvəl də ermənilər azərbaycanlılar əleyhinə çoxsaylı cinayətlər törədib, minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə qətlə yetirilib: “Artıq bir neçə dövlətin parlamentində Xocalı soyqırımı tanınıb. Mən inanıram ki, yaxın zamanlarda ədalətli sülhə nail olunacaq”.

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov isə qeyd edib ki, Xocalı soyqırımı beynəlxalq terrorizm cinayətidir: “Beynəlxalq terrorizm cinayətinin əsas hədəfi sağ qalmış insanlardır. Sağ qalan insanlara xəbər çatsın ki, ermənilər nə uşaq bilir, nə qoca, nə də qadın. Məqsəd bax bu idi. Xocalının qədim və zəngin mədəniyyət tarixi var, ərazisində aeroport yerləşirdi. Şəhər 4 ay idi ki, mühasirə altında idi. Ermənilər elə bir ciddi cavab zərbəsi almayacaqlarını hesablamışdılar. Elə düşündükləri kimi də oldu”.

Tədbirdə Xocalı soyqırımı ilə bağlı film də nümayiş etdirilib.

Tədbir çıxışlarla davam etdirilib.

Xəbər 5504 dəfə oxunub.




08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +