Sabah Azərbaycanda payız başlayacaq
Sabaha olan hava proqnozu
Ağac aşdı, 120 abonent qazsız qaldı
Güləşçilərimiz final görüşünə çıxır
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
“Neftçi” “Keşlə”yə qarşı
Milan derbisini “İnter” qazandı
Yuxusuz gecələr bu xəstəliyə də yol açırmış
“Google”da ən çox bu görməli yerlər axtarılır
Xəzərdə üzən gəmilərə xəbərdarlıq


22.02.2017  12:59 

Vidadi Zeynalovun məhkəməsində GƏRGİNLİK - “Qışqırma, otur yerinə”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda ifadə verən şahid Rauf Babayev "Kompas" şirkətində çalışdığını və pul köçürmə işlərini həyata keçirdiklərini deyib. O, təqsirləndirilən şəxslərin heç biri ilə əlaqəsinin olmadığını bildirib.

Vəkillər şahidlərin məhkəməyə gətirilməməsinə etiraz ediblər.

Vəkil Şahin Rəfiyev qışqıraraq “Bir şahidə görə bu qədər məhkəməni niyə qurursunuz? Niyə gəlib gedirik? Axı şahidlər məcburi qaydada niyə məhkəməyə gətirilmir?” deməsinə hakim Əfqan Hacıyev “Qışqırma. Otur yerinə. İstəmirsənsə, məhkəməyə gəlmə” deyə cavab verib. Ş.Rəfiyevin müvəkkili Məmməd Məhəmdov da onun qışqırmasına etiraz edib.

Bundan sonra hakim, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalova ifadə verməyi təklif edib və bundan yenə imtina edərsə, sənədlərin tədqiqi mərhələsinin başlayacağını bildirib.

V. Zeynalovun vəkili Ceyhun Yusifov əlavə şahidlərin dindirilməsindən sonra müdafiə etdiyi şəxsin ifadə verə biləcəyini deyib.

V.Zeynalovun digər vəkili Elxan Süleymanov vəsatətlə çıxış edərək istintaq zamanı Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin və digər aidiyyəti qurumların ekspertləri tərəfindən aparılan yoxlamalardan sonra hazırlanan aktlarda ziddiyyətlər olduğunu bildirib.

V. Zeynalovun və Beytulla Hüseynovun vəkilləri vəsatət verərək müvəkkillərinin əmlakları üzərinə qoyulan həbsin götürülməsini istəyiblər.

V.Zeynalovun vəkili Bəylər Məmişov bildirib ki, ittihamda qeyd edilən zərərlə razı deyillər: “Ancaq bizim də özümüz tərəfindən qəbul etdiyimiz dəymiş zərər var. Həmin ziyanın dövlətə ödənilməsi üçün Vidadi Zeynalovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının üzərindən həbsin götürülməsini istəyirik”.

Hakim bildirib ki, vəsatətlərə sənədlərin tədqiqi mərhələsində baxılacaq.

Prosesdə fasilə elan edilib.

Qeyd edək ki, Vidadi Zeynalovun 43 milyon manat dəyərində 67 əmlakının üzərinə həbs qoyulub.

(qafqazinfo.az)

Xəbər 2124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2019  12:43 

Sabaha olan hava proqnozu

22.09.2019  11:09 

Cəbhədən nə xəbər?

21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu


BÜTÜN XƏBƏRLƏR +