Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


21.02.2017  10:16 

“Bütün borclarımızı bir həftəyə ödəyə bilərik...” - İlham Əliyev





A+  A-

"Azərbaycanın müxtəlif qurumlara potensial qoşulmasına gəldikdə, mən sizə belə bir cavab verə bilərəm. Biz özümüzü cari mövqeyimizdə çox rahat hiss edirik".
XəzərNews.az xəbər verir ki, bu sözləri fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

O bildirib ki, Azərbaycan özünü təmin edən iqtisadiyyatı olan bir ölkədir:

"Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdəyik, MDB məkanında isə birinci yerdəyik. Bu il Davos İqtisadi Forumu inkişaf edən ölkələrin inkişafı barədə hesabat dərc etmişdir. Biz Litva ilə birinci və ikinci yerləri bölüşürük. Buna görə də Azərbaycandakı iqtisadi vəziyyət müsbətdir. Xarici borcumuz çox azdır. Bu, ümumi daxili məhsulun 20 faizindən azdır. Bizim mövcud valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən də çoxdur. Başqa sözlə, biz bütün borclarımızı bir həftəyə ödəyə bilərik və bu, iqtisadi imkanların göstəricisidir. Buna görə bu gün bizim qarşımızda harasa qoşulmaq məqsədi durmur. Qoşulanda siz daha yaxşı nəticələr əldə etmək üçün qoşulursunuz. Siz daha çox üstünlüklər, daha çox inkişaf imkanları əldə etmək üçün qoşulursunuz. Biz özümüzü bu mövqedə rahat hiss edirik.

Eyni sözləri Avropa təsisatları ilə əməkdaşlığımıza dair söyləyə bilərəm. Biz “Şərq tərəfdaşlığı proqramı”nın altı ölkəsindən biriyik və biri olmaqda davam edirik. Lakin biz Ukrayna, Gürcüstan və Moldovadan fərqli olaraq, Assosiasiya sazişini imzalamadıq. Lakin indi nə baş verir? Biz fevralın 7-də Avropa Komissiyasına etdiyimiz layihə təklifi əsasında həmin qurumla danışıqlara başladıq. Avropa Komissiyasının tarixində ilk dəfə idi ki, layihə təklifi Komissiya tərəfindən yox, ölkə tərəfindən irəli sürülür və mandat da verilmişdir. Ümid edirəm ki, bu razılaşma tezliklə tamamlanacaq. O, Avropa İttifaqına üzv olan ölkələr ilə artıq qəbul olunmuş və imzalanmış 9 razılaşma və memoranduma əsaslanır. Başqa sözlə, Avropa İttifaqına üzv ölkələrin üçdəbiri ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında razılaşma və ya memorandumu var. Bu, nadir bir vəziyyətdir. Biz gələcək iqtisadi planlarımızı milli maraqlarımıza görə qururuq. Buna görə də hazırda bizim hər hansı bir digər beynəlxalq təşkilata qoşulmaq planlarımız yoxdur. Lakin gələcəkdə nə baş verəcəyini həyat göstərəcəkdir".

Xəbər 2379 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +