101 dövlət əmlakı özəlləşdirilir
“Milli ön”ün işçisindən müdhiş cinayət
İmişlidə 3 uşaq anası intihar edib
İmişlidə 3 uşaq anası intihar edib
Çin əhalisinin sayı açıqlandı
Məmur olmaq istəyənlərin NƏZƏRİNƏ!
Sabahın hava proqnozu
Bakıda güclü duman hökm sürür
2 günə 208 cinayət
Atəşkəs bu gecə də pozulub


20.02.2017  11:26 

Büdcədən parlament partiyalarına ildə 100 min ayrılır - Siyasi qurumlar o pulları hara xərcləyir?..





A+  A-

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, digər bir sıra partiyalarının deputatları da təmsil olunur. Bu partiyalara dövlət büdcəsindən nə qədər vəsait ayrılır? Bu vəsait hansı istiqamətlərdə sərf edilir? Partiyalar dövlət büdcəsinə nə qədər vergi ödəyirlər?
XəzərNews.az bildirir ki, Modern.az saytı parlamentdə təmsil olunan bir neçə partiyanın sədrləri ilə əlaqə saxlayıb.

Tahir Kərimli 2016-cı il üzrə dövlət büdcəsindən Vəhdət Partiyasına təxminən 100 min manata yaxın pul verildiyini deyib.
“Bu pul rüblərə bölünərək verilir. Yəni, aya partiyanın hesabına 8 min manat civarında pul daxil olur. Pul vergi, işçilərin maaşlarının verilməsi, partiya qərargahının saxlanılması və digər istiqamətlər üzrə xərclənir. Partiyamızın illik maliyyə hesabatlarında nöqsanlar olmur. Biz bütün xərclərimizin hamısının vergisini ödəmişik. Hətta 1700 manat da artıq ödəmişik. Heç bir vergi kəsirimiz yoxdur. Biz partiya sədrləri olaraq, 1 fazilik xidmət haqqı tutulmasından narazıyıq. Çünki bu hər partiyadan il ərzində 1000 manat pul tutulması deməkdir. Bu da partiyalar üçün çox böyük bir gücdür”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib ki, Yeni Azərbaycan Partiyasından başqa bütün partiyalara illik eyni pul ödənilir.
“Bu pullar rüblərə bölünür. Biz bu pulları partiya işinin gücləndirilməsinə, təşkilatımızın genişləndirilməsinə sərf edirik. Eyni zamanda, işçilərin əmək haqqına və müəyyən layihələrə xərcləyirik. Biz partiyaya ayrılan puldan vergi vermirik. Bizdə vergi əmək haqqından tutulur. Kim partiyadan əmək haqqı alırsa, ondan əlavə dəyər vergisi (ƏDV) tutulur”.

Araz Əlizadə deyib ki, Azərbaycan Sosial Demokrat Partiyasına nə qədər pulun ayrıldığı büdcədə göstərilib.
“Bu pullar işçilərinin maaşlarına, partiyanın xərclərinə sərf olunur. Nə qədər verginin verilməsinə gəldikdə isə, bu MSK-nın hesabatına göstərilib. Mənim işim-gücüm qutarıb ki, bunu əzbərləyim? Mən mühasib deyiləm”.

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Laki seçkinin nəticələriinə əsasən belə partiya olmadığından hər il təxminən 250 min manat vəsait bölüşdürülməmiş qalır.

Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayr;lmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Bu zaman söhbət 12 siyasi təşkilatdan gedir ki, onlardan da ən çox maliyyə əldə edən YAP olur.

Hazırda parlament partiyaları aşağıdakılardır:

Yeni Azərbaycan Partiyası - 71 mandat
Vətəndaş Həmrəyliyi Partiyası - 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası - 1 mandat (Asim Mollazadə),
Böyük Qurtuluş Partiyası - 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası - 1 mandat (Fərəc Quliyev),
“Ana Vətən” Partiyası - 1 mandat (Fəzail Ağamalı),
Vətəndaş Birliyi Partiyası - 1 mandat (Sabir Hacıyev).
Azərbaycan Sosial Rifah Partiyası - 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası - 1 mandat (Tahir Kərimli),
Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası - 1 mandat (Araz Əlizadə).


Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsində təxminən 2 milyon 500 min manat vəsait nəzərdə tutulur.

Xəbər 2975 dəfə oxunub.




21.01.2019  14:11 

Çin əhalisinin sayı açıqlandı

21.01.2019  13:07 

Sabahın hava proqnozu

21.01.2019  12:43 

Bakıda güclü duman hökm sürür

21.01.2019  10:32 

2 günə 208 cinayət

21.01.2019  09:58 

Brent nefti 63 dolları keçdi

21.01.2019  09:43 

Atəşkəs bu gecə də pozulub

20.01.2019  11:09 

Ağsuda zəlzələ oldu

20.01.2019  10:43 

Bakıda bu yollar bağlıdır

20.01.2019  09:54 

Azərbaycanda Hüzn Günüdür


BÜTÜN XƏBƏRLƏR +