16.02.2017 11:07
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
XəzərNews.az xəbər verir ki, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir.
276 nömrəli tam orta məktəbdə təşkil edilən görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, təhsil sahəsində aparılan islahatlardan, BŞTİ-nin qarşısında duran vəzifələrin icrası istiqamətində görülən işlərdən danışıb.
M.Vəliyeva bildirib ki, cari tədris ilində fəaliyyətini “Təhsili dəyərə çevirək” devizi altında reallaşdırılan BŞTİ tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, bu istiqamətdə atılan addımlar cəmiyyət tərəfindən ciddi dəstək qazanır.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan strateji istiqamət və hədəflərə çatmaq üçün müxtəlif inkişafyönümlü layihələrin icrasının təmin edildiyini bildirən M.Vəliyeva paytaxt təhsilində əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən də danışıb.
Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən biri olduğunu xatırladan BŞTİ müdiri məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.
Görüşdə məktəbəhazırlıq qruplarının fəaliyyəti, təmayülləşmə, IX siniflərdə keçirilən buraxılış imtahanları, fənn olimpiadaları, məktəblərin idarəetməsi, Təlimə Dəstək Mərkəzinin fəaliyyəti, məktəblərdə psixoloji xidmət, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, məktəbdənkənar fəaliyyətin təşkili, ictimaiyyətlə əlaqələr və digər məsələlər müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.
Tədbirdə çıxış edən BŞTİ müdirinin müavinləri Hüseyn Əsgərov və Rəşad Tağıyev kadrlarla iş, müəllimlərin işə qəbulu və yerdəyişməsi, müsabiqələrin təşkili, kargüzarlıq, maddi-texniki təminat və digər məsələlər haqqında fikirlərini bildiriblər.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və qaldırlan məsələlərə aydınlıq gətirilib.
|
02.01.2025 12:13
02.01.2025 12:10
01.01.2025 00:00
31.12.2024 14:08
31.12.2024 13:36
4 kq qızılla tutulan şəxs məşhur polkovnikin qardaşı oğludur
31.12.2024 00:38
31.12.2024 00:22
28.12.2024 21:56
28.12.2024 21:13
Hökumə Əliyevanın cənazəsi Bakıya nə vaxt gətiriləcək? -Video
27.12.2024 13:04
27.12.2024 01:34
26.12.2024 21:04
26.12.2024 19:42
26.12.2024 19:26
26.12.2024 12:04
Qoşqarın kimliyi müəyyən olundu - Nəşi bu gün ailəsinə veriləcək
26.12.2024 10:43
25.12.2024 23:55
25.12.2024 23:45
25.12.2024 23:37
25.12.2024 17:23
25.12.2024 15:39
25.12.2024 13:12
24.12.2024 16:13
24.12.2024 15:53
24.12.2024 15:33
“Nizami: daxili aləm“ sənədli filminin təqdimatı keçirilib -Fotolar
24.12.2024 12:12
24.12.2024 10:58
Əxlaqsızlığa sponsorluq edənlər: “İstanbul NS“ klinikası, “Halva“ restoranı, “Legend Motors“...
23.12.2024 23:22
23.12.2024 22:14
Bakıda əmək münasibətlərinə dair konfrans keçirilib - FOTOLAR
23.12.2024 18:57
23.12.2024 18:40
Krivoy-Roq şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib -Fotolar