Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


14.02.2017  12:37 

Ərəblər Azərbaycandakı nadir quşları bu cür məhv edir - VİDEO





A+  A-


Yanvarın sonu, fevralın əvvəlində sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycandakı sərgüzəştləri ilə bağlı bir xeyli foto və videolar yer alıb. Görüntüləri tənqid edənlər də çox olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama verib ki, təkcə bu ov mövsümündə 16 ərəb turist ölkənin ov qanunlarını pozduqlarına görə cərimələnib. Nazirliyin təqdimatı əsasında onlar ölkədən xaric edilib.

XəzərNews.az xəbər verir ki, Azadlıq Radiosunun bu haqda hazırladığı reportajda bildirilir ki, ərəb turistlərin Azərbaycana ova gəlməsinə qarşı çıxanlar da var, əksinə buna şərait yaratmağın zəruri olduğunu söyləyənlər də.

Ovçu Şahin Hacıyev hesab edir ki, Azərbaycana ov üçün gələn, özəlliklə də ərəb turistlərə nəzarəti artırmaq lazımdır: “Xaricdən gələn ovçuların əksəriyyəti imkanlı, zəngin adamlardır. Xüsusilə də ərəblər. Onlar üçün qaydalar xeyli yumşaldılır. Bunun da müxtəlif səbəbləri var. Birincisi odur ki, ovçuluq turizmi də inhisardadır. Azərbaycanda bu işlə məşğul olan bir neçə şirkət var, onlar da oliqarxlarla bağlılığı var”.

Şahin Hacıyev deyir ki, Azərbaycanda dağlıq kəkliyi ovunun qiyməti 5 min avrodur. Bu pulu verib ov edənlər də özlərini sərbəst hiss edir. Ürəkləri necə istəsə, elə də davranırlar.

Ekoloqları bir sual düşündürür. Turistlər hansı heyvanları ovlayırlar? Ov zamanı kvota, mövsüm gözlənilirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fevralın 10-da yaydığı rəsmi açıqlamada deyilir ki, yayılan video və fotoların təhlili göstərir ki, ovlanan heyvanlar və quşlar arasında Azərbaycanın “Qırmızı Kitab”ına düşən növlər yoxdur. O ki qaldı kvotaya, nazirlik bildirir ki, payız-qış aylarında Azərbaycan ovçularına və xarici ölkələrdən gələn ovçu turistlərə xidmət göstərən yerli şirkətlərə müraciət əsasında qanunvericiliyə uyğun kvota ayırır:"Yerli ovçulara 1 ov günü ərzində 6-dək, xaricilərə 5 ov günündə 10-dək su-bataqlıq quşunu ovlamağa icazə var. Yerli ovçular 1 baş, xarici ovçular 2 baş dovşan ovlaya bilər. Xarici ovçular əksər hallarda qrup halında ov edir və yekunda ov qənimətlərinin toplum halında şəklini yayırlar. İnzibati ölçü götürülməsi üçün ciddi araşdırma tələb olunur".

Nazirlik onu da qeyd edir ki, yayılan görüntülərlə əlaqədar xaricilərin ovunu təşkil edən şirkətlərin də fəaliyyəti araşdırılır. Turizm şirkətlərinə xəbərdarlıq edilib ki, gələn ovçu turistləri əvvəlcədən təlimatlandırsın. Qaydaları pozan ovçu-turistləri gətirən şirkətlərlə əməkdaşlıq dayandırılacaq.

Uzun illər ovçuluqla məşğul olan Şahin Hacıyev düşünür ki, bu problemin çözümü sadədir. Ovçular Cəmiyyəti bərpa olunmalı, inhisar aradan qaldırılmaldır: “Əvvəllər Azərbaycanda da ovçuluq təsərrüfatı vardı. Bu təsərrüfatlar quşların, digər heyvanların qorunması, onların çoxaldılmasına çalışırdılar. İndi Azərbaycanda bu təsərrüfatlar ölüb. Ekologiya nazirliyi alıb onları, əvəzində də hər hansı iş görmür. Yəni heyvan ovlanır, onların əvəzinə çoxalmır, bu da heyvanların məhvi ilə nəticələnə bilər. Problemin həlli üçün Ovçular Cəmiyyətinə imkan yaradılmalıdır ki, onlar heyvanları həm qorusun, həm təbii artımını təmin etsin. Yoxsa, hinduşka deyil ki, ferma yaradıb onları artırasan. Heyvanların təbii artımını təmin etmək lazımdır".

Şahin Hacıyev deyir ki, bir çox Pribaltika ölkələri, Macarıstan, Bolqarıstan illərdir bu təcrübədən yararlanır. Ovçular cəmiyyəti ovlanan heyvanların təbii artımına da imkan yaradır.

 



Xəbər 1386 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +