Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Bakıya yeni avtobuslar gətirildi
Ermənistanla sərhəddə təxribat
Atəşkəs 23 dəfə pozuldu
Gəncədə ata döyüldü, iki oğlu isə bıçaqlandı
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”
Sürücünün söydüyü yol polisi işdən çıxarıldı
Bakıda 2 milyonluq dərman əməliyyatı
40 minlik dələduzluq edən şəxs tutuldu
Gürcüstan Prezidenti barədə istintaq başladıldı


09.02.2017  11:11 

Əli Həsənov tapşırıq verdi: “Köçkünlərin yanına gedin!”





A+  A-


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə “Dövlətqaçqınkom”  əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. 

XəzərNews.az xəbər verir ki, müşavirədə Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti  haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini bildirib ki,  Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq  bu sahəyə nəzarət gücləndirilməli,  mövcud  qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.  

Eyni zamanda diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində  sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.    

Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə  yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və  məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Əli Həsənov həmçinin bildirib ki, o və müavinləri də həmin ərazilərdə olacaqlar.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki “Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan  ailələrin köçürülməsi   ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq  müvafiq layihələndirmə işlərinə başlanılıbdır.

Sonda Baş nazirin müavini Əli Həsənov bu Fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə  xüsusi müvafiq tapşırıqlar verib.



Xəbər 312 dəfə oxunub.




21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu

20.09.2019  11:39 

Qaz olmayacaq

20.09.2019  10:07 

“Facebook”un ofisində intihar

19.09.2019  18:11 

Məzənnə açıqlandı


BÜTÜN XƏBƏRLƏR +