08.02.2017 12:31
Mikayıl Cabbarovun əmri ilə Həsən Bayramovun Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin başına gətirilməsinin pərdəarxası məqamları
Fransada siyasi mühacir statusu alaraq dövlətimizin və prezidentin əlehinə fəaliyyət göstərən Elşad Abdullayevin yaxın qohumuna və kadrına yeni vəzifə verilib.
Daha əvvəllər Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin sağ qolu olaraq bilinən və bu şəxsin bütün çirkli işlərinə şərik olan Həsən Bayramov Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Təhsil naziri Mikayıl Cabbarovun Elşad Abdullayevin ən yaxın adamını bu vəzifəyə təyin edərkən hansı prinsiplrdən çıxış etdiyini bilməsək də, fakt odur ki, artıq Həsən Bayramov yeni vəzifəsinə başlar-başlamaz təhsil mərkəzində özünün korrupsiya bazarını yaradıb.
Qeyd edək ki, Həsən Bayramov həmçinin 9 saylı Binəqədi dairə seçki komissiyasının sədri vəzifəsini daşıyır. Bu barədə bir qədər aşağıda geniş məlumat verəcəyik. Hələlik isə onu bildirək ki, Həsən Bayramov daha əvvəllər Azərbaycan Beynəlxalq Universitetində çalışırkən Elşad Abdullyaevin qara kassası kimi tanınıb. ABU-da tələbələrdən yığılan rüşvətin, qanunsuz tələbə köçürmələrinin, həmçinin çoxlu sayda saxta diplomun verilməsinin başında məhz Həsən Bayramovun durduğu bildirilir.
Həsən Bayramov 2005-ci ilin deputat seçkilərində Elşad Abdullayevin seçki qərargahının rəhbəri də olub və rayonda onun təbliğat və təşviqat işlərinin həyata keçirilməsinə birbaşa başçılıq edib. Mənbə bildirir ki, Elşad Abdullayev xaricə qaçaraq dövlət başçısı əlehinə fəaliyyətə başladıqdan sonra, onu və oğlunu MTN-ə apararaq dindiriblər və külli miqdarda pul müqabilində onları sərbəst buraxıblar. Buna baxmayaraq, mənbə bildirir ki, Həsən Bayramov Bakıdavn hələ də Elşad Abdullayevlə əlaqə saxlayan çox az adamlardan biridir.
MTN tərfindən saxlanıldıqdan sonra bir müddət gözləmə mövqeyi tutan Həsən Bayramovun yaxın qohumu, Binəqədi rayon İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən və Binəqədi rayon YAP təşkilaiının sədri olan Ramiz Göyüşovun vasitəsilə 9 saylı Binəqədi seçki komissiyasına sədr gətirilib. Özünün dediyinə görə, bu vəzifəyə təyin olunması üçün MSK-ya təqdimat göndərilməsinə görə icra başçısına 20 min dollar rüşvət verib. Həsən Bayramovun 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə verdiyi rüşvət pulunu artıqlaması ilə çıxardığı söylənilir. DSK-dakı qaynağımızın bildirdiyinə görə həmin dairədən deputat seçilmiş Kamaləddin Qafarov səsvermədən əvvəl Həsən Bayramova DSK və mənətəqə komissiyası üzvlərinə paylamaq üçün 40 min AZN pul verib. Həsən Bayramov isə həmin pulun çox az bir qismini komissiya üzvləri arasında paylayaraq qalanını özünə götürüb.
Mənbə onu da bildirir ki, Həsən Bayramov Binəqədi rayonunda Ramiz Göyüşovun "makleri” kimi də ad çıxarıb. Binəqədinin icra hakimiyyəti başçısına pul verib iş görmək istəyən adamlar Həsən Bayramova yaxınlaşır və o da İH-dakı qohumu və rayon YAP təşkilatının sədir Ramiz Göyüşov vasitəsilə məsələləri həll edir.
Mənbə bildirir ki, Ramiz Göyüşovun YAP Binəqədi təşkilatına sədr gətirilməsində də Həsən Bayramovun rolu var. Belə ki, köhnə sədr Nəbi Xəlilovla intiriqası olan Həsən Bayramov akademiyanın müxbir üzvü olan nüfuzlu qohumunun araçılığı ilə Nəbi Xəlilovun sədrlikdən uzaqlaşdırılaraq öz qohumunun bu posta gətirilməsinə nail olub.
Həsən Bayramovun iki peşə litseyinin birləşdirilməsi nəticəsində yaradılmış Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə direktor gətirilməsində də məhz həmin qohumunun ciddi rolu var.
(aztoday.az)
|
05.12.2024 23:09
05.12.2024 12:09
04.12.2024 19:17
04.12.2024 18:29
Türkiyədə Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək
04.12.2024 18:22
Ormana kəndi BMT-nin 2024-cü ilin ən yaxşı turizm kəndləri arasında seçildi -Fotolar
04.12.2024 17:48
04.12.2024 17:17
04.12.2024 17:01
04.12.2024 16:56
04.12.2024 16:52
03.12.2024 16:44
Hakan Fidan səfirliklər və nümayəndəliklər üçün yeni vəzifələr barədə məlumat verib
03.12.2024 16:22
“Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb -Dodaquçuqladan məbləğ
03.12.2024 15:16
Azərbaycan və Ukrayna Milli Kinematoqrafçılar İttifaqı arasında memorandum imzalanıb -Fotolar
03.12.2024 15:10
Əhməd Vəliyevin bankında minlərlə yerli və xarici müştərinin pulları batıb - Hüquqşünas
03.12.2024 13:35
03.12.2024 11:29
03.12.2024 01:34
02.12.2024 18:03
02.12.2024 17:12
30.11.2024 18:31
29.11.2024 22:14
“PR uğurları: Gənclər üçün Kommunikasiya Bacarıqları Məktəbi” layihəsi keçirilib - Fotolar
29.11.2024 19:35
29.11.2024 19:32
29.11.2024 18:48
29.11.2024 16:10
Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 41-ci ildönümü qeyd edilib -Fotolar
28.11.2024 21:13
28.11.2024 12:11
28.11.2024 10:38
27.11.2024 20:28
Azərbaycanlı “oğrular” yenə bir-birlərinin qanını tökdü - Video
27.11.2024 15:06
26.11.2024 18:18