Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Bakıya yeni avtobuslar gətirildi
Ermənistanla sərhəddə təxribat
Atəşkəs 23 dəfə pozuldu
Gəncədə ata döyüldü, iki oğlu isə bıçaqlandı
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”
Sürücünün söydüyü yol polisi işdən çıxarıldı
Bakıda 2 milyonluq dərman əməliyyatı
40 minlik dələduzluq edən şəxs tutuldu
Gürcüstan Prezidenti barədə istintaq başladıldı


04.02.2017  13:44 

Baş redaktor da “MTN işi”nə cəlb olunub





A+  A-

 

Ləğv edilmiş MTN-nin hazırda həbsdə olan və məhkəməsi davam edən polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə istintaqa cəlb olunan şəxslərdən biri də media nümayəndəsidir.

Məlumata görə, zərərçəkən Hüseyn Səfərovun epizodu üzrə dindirilən baş redaktor MTN generalı Mövlam Şıxəliyevlə bağlı suallara cavab verib.

H.Səfərov istintaqa ifadəsində bildirib ki, əvvəllər Vergilər Nazirliyinin bir neçə rayon idarələrinin rəisi, 2004-2009-cu illərdə “Kapitalbank”ın “Tərəqqi” filialının müdiri olub.

2008-ci ildə MTN-ə çağırılıb və orada Vüsal Ələkbərovun təzyiqi ilə Zal Yusifovun əleyhinə ifadə almağa çalışıblar: “Həmin gün Zalla əlbir olaraq övladlarımın banka qoyduğu pulların mənimsənilməsində şübhəli bilinərək tutuldum. Qızlarım Səkinə 100 min, Günay 30 min, oğlum Rüstəm isə 125 min dollar əmanət qoymuşdu. Vüsal 2 günə 2 milyon dollar verməyimi tələb etdi, verə bilməyəcəyimi dedim. O dedi ki, pulu özünə istəmir, Eldar Mahmudov Mövlam Şıxəliyev vasitəsilə bu tələbi qoyub. İki gün sonra barəmdə 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Həbsdə olanda Vüsal tez-tez yanıma gəlib təklikdə mənlə görüşüb pulu tələb edirdi. Öyrəndim ki, bacımın qaynı Nizami Kazımovu da tutub pul alıb buraxıblar. Vüsal özü dedi ki, “bax Nizami pulu çatdırdı buraxdıq, sən isə içəridə qalacaqsan”. Mən də məcbur olub vəkilimlə evə xəbər göndərdim ki, artıq həbsdə qala bilmirəm, 2 milyon dollar tapsınlar. Oğlum Rüstəm 1 milyon 650 min dollar pulu gətirib Vüsala verdi. O da məndən həbsdən çıxandan sonra pulun qalanını da verməyi tələb etdi. Həkim komisiyası çağırıb ağır xəstəliyim olması barədə rəy verdilər.

Vüsal “hələ rəhbərlik deyir gözləsin” dedi və Eldar Mahmudovun qərarını gözlədiklərini bildirdi. Axşama kimi Vüsalın otağında oturub Eldar Mahmudovdan cavab gözlədik. Axşam Mövlam Şıxəliyev Vüsala zəng edib Eldar Mahmudovun razılıq verdiyini dedi. Çıxandan sonra bildim ki, mənim və övladlarımın “Hyundai”, Lexus”, “Range Rover”, “BMW X6” maşınları, evimizdə olan bütün qızılları satıb, bir nəfərdən 400 min dollar borc alıb, qalanını da qohumlardan toplayıb pulu düzəldiblər. Mən də bankdan 350 min dollar kredit götürüb onu da Vüsala verdim. Bundan sonra mənim barəmdə cinayət işinə xitam verildi. Bir ay sonra Vüsal zəng edib onun üçün 2 ədəd “Vertu” telefonu almağımı istədi, 13 min manat verib telefonları aldım və aparıb xidməti otağında Vüsala verdim. Bir müddət sonra isə evimdə olan “Vinçester” markalı tüfəngi məndən aldı”.

H.Səfərov müstəntiqin sualına cavab olaraq bildirib ki, Mövlam Şıxəliyev barəsində “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə müsahibə verməyib, sadəcə bu barədə söhbət ediblər.

Baş redaktor A.Mərzili də bu işdə adı hallandığı üçün “MTN işi”nin istintaqına cəlb olunub. O, şahid qismində dindirilərkən deyib ki, H.Səfərovla Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin iş adamı Arzu Kazımovun barəsində verdiyi şikayətlərlə bağlı jurnalist araşdırması apararkən tanış olub: “Hüseyn Səfərovun 2014-2016-cı illərdə verdiyi şikayətlərini və iqtisadçı ekspert kimi müsahibərlərini qəzetdə dərc etmişik. Bununla bağlı aramızda xoş münasibətlər yaranıb. H. Səfərov MTN-də “Texnikabank işi” üzrə aparılan istintaq zamanı Mövlam Şıxəliyev və Vüsal Ələkbərovun ondan 2 milyon dollar aldığını mənə demişdi. Həm də bir dəfə Nərimanov rayonunda “Şuşalılar” restoranının yanında yerləşən adını bilmədiyim bir restoranda görüşdük. Xüsusi kabinetdə geniş söhbət etdik, Hüseyn Səfərov MTN-də başına gələnləri təfsilatı ilə danışdı”.

Qeyd edək ki, V.Ələkbərovun cinayət işi ayrıca icraata götürlüüb və hazırda məhkəmə prosesi davam edri. M.Şıxəliyev barəsində isə cinayət işinin istintaqı aparılır. M.Şəxliyev zamindədir.

(qafqazinfo.az)



Xəbər 290 dəfə oxunub.




21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu

20.09.2019  11:39 

Qaz olmayacaq

20.09.2019  10:07 

“Facebook”un ofisində intihar

19.09.2019  18:11 

Məzənnə açıqlandı


BÜTÜN XƏBƏRLƏR +