Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


03.02.2017  18:33 

BMT Baş katibi Azərbaycandan DANIŞDI





A+  A-


Azərbaycan  prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası” təsdiq edilib. Konsepsiyaya əsasən ölkədə əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi və bu xidmətlərin müxtəlif sosial qruplar, o cümlədən, aztəminatlı ailələr və yoxsul vətəndaşlar üçün əlçatanlığı əsas strateji xətt olaraq ön plana çəkilir.

Bu baxımdan BMT və Azərbaycan höküməti tərəfindən imzalanmış 2016-2020-ci illər üzrə Birləşmiş Millətlər Təşkilatı - Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədi (UNAPF) İnkişaf Konsepsiyasında qeyd olunmuş milli prioritetlərə, eyni zamanda, 2015-ci ildən sonrakı inkişaf məsələlərinə uyğun hazırlanıb.

BMT-nin 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədləri barədə qəbul etdiyi sənəddən irəli gələn öhdəliklərlə əlaqədar dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması ölkəmizin BMT ilə əlaqələrində yeni bir səhifə açıb. Şuranın fəaliyyətinın yüksək səviyyədə təmin edilməsi üçün Katiblik, habelə müvafiq qurumların nümayəndələrindən ibarət iqtisadi inkişaf, layiqli məşğulluq, sosial və ekoloji sahələr üzrə işçi qrupları yaradılıb, əsas prioritetlər müəyyənləşdirilərək milli göstəricilərə dair statistik məlumatların toplanması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, bu günlərdə BMT-nin yeni seçilmiş baş katibi Antonio Quterreş Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədova məktubla müraciət edərək, ölkəmizdə gedən bütün bu işlər barədə ətraflı məlumatlandırıldığını və Azərbaycan Respublikasının dayanıqlı inkişaf, o cümlədən yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin xoş təsir bağışladığını qeyd edib. Azərbaycanın uğurlu fəaliyyətində BMT-nin də iştirakının onda qürur hissi doğurduğunu nəzərə çatdıran BMT-nin kaş katibi, Azərbaycan hökumətinin Dayanıqlı İnkişaf Məqsədlərinin “Azərbaycan-2020” Proqramı çərçivəsində həyata keçirəcəyi işləri daim dəstəkləyəcəyini vurğulayıb. Müasir dünyada münaqişələrin qarşısının alınması və həlli, insan haqlarına və beynəlxalq humanitar hüquqa hörmətin təşviq olunması, qeyri-bərabərliyin və təcrid olunmanın aradan qaldırılması istiqamətində BMT-nin potensialının artırılması üçün var qüvvəsi ilə çalışacağını vəd edən Antonio Quterreş hazırda beynəlxalq müstəvidə baş verən yeni çağırışları səmərəli şəkildə cavablandırmaq üçün birgə tədbirlərin görülməsi istiqamətində BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib.



Xəbər 892 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +