Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB


03.02.2017  17:49 

Bir neçə ildir bağlı qalmış iki ağır cinayətin üstü açılıb - RƏSMİ





A+  A-


Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış iki ağır cinayətin üstü açılıb.

XəzərNews.az-ın xəbərinə görə, bu barədə Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.

Belə ki, ötən il sentyabrın 26-da Tərtər şəhər sakini, valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayev 13 min manat pulla xəbərsiz itkin düşüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 4 gün sonra - sentyabrın 30-da Səxavət Musayevin üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Şıxarx kəndi ərazisində aşkar edilmiş və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində mərhumun Tərtər rayon sakinləri Səxavət Orucov, Şaiq Həsənov və Aqil Aslanov tərəfindən tamah niyyətilə döyülərək qətlə yetirilməsinə əsaslı şübhələr olduğundan Ş.Həsənov və A.Aslanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər iştirakçısı, əvvəllər dəfələrlə məhkum olunmuş Səxavət Orucov isə istintaqdan yayındığına görə barəsində axtarış elan edilib və o, 2016-cı il dekabrın 27-də tutularaq istintaqa təhvil verilib.

Səxavət Orucovun qeyd olunan cinayətdən başqa, 19 fevral 2014-cü il tarixdə Tərtər rayon sakini Sənan Mirzəyevin yaşadığı evdə şəxsi münasibətlər zəminində özünə məxsus odlu silahdan atəş açaraq onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, maddi sübutlar götürülüb.

Tərtər rayon prokurorluğunda başlanmış hər iki cinayət işi bir icraatda birləşdirilərək Səxavət Orucova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah hazırlama) maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.  



Xəbər 1491 dəfə oxunub.




30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +