AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


02.02.2017  15:46 

Məcburi köçkünlərlə “Azərişıq” əməkdaşları arasında QARŞIDURMA





A+  A-


Məcburi köçkünlərlə Xətai rayon Enerji Satışı və Təchizatı İdarəsinin əməkdaşları arasında insident yaşanıb.

Məcburi köçkünlərin verdiyi məlumata görə, narazılıq “Azərişıq”ın əməkdaşlarının sayğac quraşdırmağa başlamasından sonra yaranıb.

Buna səbəb isə onlara ayrılan, yay aylarında qənaət edərək saxladıqları və hələ  istifadə etmədikləri limitin ləğv edilməsidir. Onlar yeni qaydaya etiraz etmirlər. Məcburi köçkünlərin istəyi balanslarında hələ də istifadə etmədikləri limitin sıfırlanmasıdır. Onlar tələbləri yerinə yetirilmədiyi halda etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlama verib.

Qurum rəsmisi bunların şayiə olduğunu deyib:

“Məsələ ilə bağlı kimin şikayəti varsa, yaradılan qərargaha müraciət edə bilər. Belə bir problem ola bilməz. Narazılığı olan varsa, buyursun müraciət etsin. Qeyd edim ki, şikayətlər fərdi qaydada araşdırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmanda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Qeyd edək ki, bu fərmana qədər hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilirdi. Eyni zamanda məcburi köçkünlərə 20 manat aylıq yemək xərci verilirdi.

Məcburi köçkünlərə adambaşına ayda 150 kVt.saat elektrik enerjisindən pulsuz istifadə limiti ayrılırdı ki, yay aylarında 100 kVt. saat, qış aylarında isə 200 kVt .saat elektrik enerjidən istifadə nəzərdə tutulurdu. Orta hesabla bu,150 kVt.saat edirdi. Bundan başqa, adambaşına köçkünlərə bir ay üçün 35 kubmetr təbii qaz hesablanırdı.

Dörd ay qış müddətində təbii qazdan istifadə 45 kub, mart, aprel, may və oktyabr ayları üçün 35 kub, yerdə qalan 4 ay üçün isə orta sərfiyyat 25 kubdan hesablanırdı. Məcburi köçkünlər üçün adambaşına su istehlakı limiti aylıq 5 kub nəzərdə tutulurdu.

(modern.az)

 



Xəbər 1790 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +