DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


02.12.2025  15:34 

Mehdiyevin daha bir gizli müraciətinin üstü açıldı





A+  A-

"Ramiz Mehdiyev vaxtilə də Azərbaycan Xalq Cəbhəsinə müraciət etmişdi”.

XəzərNews.az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri, Milli Məclis sədrinin keçmiş birinci müavini Arif Rəhimzadə “Yeni Sabah”a açıqlamasında deyib.

“Ramiz Mehdiyev Xalq Cəbhəsinin rəhbərlərinə deyirdi ki, mənim çox böyük təcrübəm var, işi bilirəm, mənə vəzifə verin, sizə xidmət edəcəyəm. Xalq Cəbhəsinə müraciətinin olmasını dəqiq bilirəm. Onda Heydər Əliyev hələ hakimiyyətə gəlməmişdi”, - A.Rəhimzadə söyləyib.

Ramiz Mehdiyevin YAP-dan nə zaman çıxarılacağı məsələsinə də toxunan şura sədri bildirib ki, bunun üçün məhkəmə qərarını gözləyirlər:

“O ki, qaldı Ramiz Mehdiyevin YAP-dan çıxarılmasına, bunun üçün məhkəmənin başa çatmasını gözləyirik. Qərar olsun, onun nəticəsində müvafiq addımlar atılacaq”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.


Xəbər 353 dəfə oxunub.




09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +