DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


02.12.2025  11:57 

Tramp Maduro ilə nədən danışıb?





A+  A-

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə söhbəti zamanı ona ölkəni tərk etmək üçün bir həftə vaxt verib.

XəzərNews.az xəbər verir ki, məlumatı Reuters dörd mənbəyə istinadən yayıb.

The New York Times xəbər verir ki, siyasətçilər arasında noyabrın 21-də telefon danışığı olub, söhbət 15 dəqiqədən az davam edib. İddialara görə, Tramp Maduroya noyabrın 28-dək bir həftə vaxt verib, ona və ailəsinə gedə biləcəkləri hər yeri seçməyi təklif edib. Maduro isə öz növbəsində özü və ailəsi üçün tam hüquqi amnistiya verilməsini, ABŞ-ın bütün sanksiyalarının götürülməsini və Beynəlxalq Cinayət Məhkəməsində ona qarşı işin dayandırılmasını istəyib.

“Reuters”in məlumatına görə, ABŞ prezidenti Venesuela liderinin bir sıra xahişlərini rədd edib. Xüsusilə Maduro 100-dən çox Venesuela rəsmisinə qarşı sanksiyaların aradan qaldırılmasını istəyirdi ki, onların da əksəriyyəti ABŞ-da insan haqlarının pozulması, narkotik ticarəti və ya korrupsiyada ittiham olunur. İki mənbəyə görə, Venesuela prezidenti həmçinin vitse-prezident Delsi Rodrigezin keçid hökumətinə rəhbərlik etməsini istəyib.

Reuters agentliyinin üç mənbəsinə görə, Maduro administrasiyası ABŞ prezidenti ilə yenidən telefon danışığı tələb edib.

Dekabrın 1-də Tramp ABŞ-ın Venesuela üzərində səmanı bağladığını elan etdi.

Xəbər 1075 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +