Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü
Müşfiqabad və 28 Mayda işıq olmayacaq
Evlər, həyətlər, Hətta küçələr də suya qərq olub... - Video


01.12.2025  15:47 

“Müasir müəllimin yeni bacarıqları” adlı təlim keçirilib -FOTOLAR





A+  A-

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının “Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək” proqramı çərçivəsində müəllimlər üçün iki günlük “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı təlim keçirilib.

XəzərNews.az xəbər verir ki, təlim müasir müəllimlərin süni intellekt sahəsində bilik və bacarıqlarını artırmaq, təhsildə rəqəmsal alətlərin daha geniş tətbiqini təşviq etmək məqsədilə təşkil edilib.

Proqram çərçivəsində iştirakçılar süni intellektin təhsildə rolu, fərdiləşdirilmiş tədris, avtomatik qiymətləndirmə, innovativ məzmun yaradılması və interaktiv öyrənmə yanaşmaları ilə tanış olublar.

ARTİ-nin Metodik xidmətin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Balayevanın keçirdiyi sessiyalarda "ChatGPT", "EduaideAI", "Khanmigo" və "DeepSeek" kimi süni intellekt vasitələrinin praktiki tətbiqləri nümayiş etdirilib.

Təlimin ikinci günü "Code for future" layihəsinin (ali məktəblərdə informatikanın tədrisi) təlimçisi Şəfəq Ələkbərova “Süni intellekt: problemlər, yeni yanaşmalar və imkanlar” mövzusunda interaktiv sessiya keçirib. Təlim həm nəzəri, həm də praktiki fəaliyyətlərlə zəngin olub və iştirakçıların rəqəmsal bacarıqlarının inkişafına mühüm töhfə verib.

AGMA-nın sədri Pərvinə Qədimova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müasir müəllimin zəif cəhətlərindən biri süni intellektdən istifadə ilə bağlıdır. Bu baxımdan layihənin əhəmiyyətinə diqqət çəkən sədr müəllimlərin sürətlə inkişaf edən texnologiyalarla ayaqlaşmasının vacibliyini vurğulayıb.









Xəbər 1888 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +