Mehdiyevin qohumu və “Eurohome“un gizli sahibi həbs edilə bilər?
Bu ölkə iqtisadi fonunda Aİ ilə əməkdaşlığı genişləndirəcək
Bakıda rejissorun çantası oğurlandı
31 nömrəli avtobuslar yenilənir
Mərkəzi Bankda yeni təyinat
Hüquq müdafiəçisi: Türkiyənin Gültəkini Azərbaycana verməsi...
Dneprə raket zərbəsi: 4 ölü, 40 yaralı...
Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı
Əli Hacı: Həsən Ruhaninin tənqidi onu göstərir ki...
Ramiz Mehdiyevin oğlu vəzifəsindən azad edildi – SƏRƏNCAM


01.12.2025  17:24 

Yaxşı, işləməyən insanlar nə etməlidirlər? - İqtisadçı





A+  A-

Xəbər verdiyimiz kimi, gələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.

"Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə görə, uşaqlar, əlilliyi olan şəxslər, pensiyaçılar istisna olmaqla heç bir yerdə işləməyən, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər 2026-cı ildən İTS xidmətlərindən istifadəyə görə hər ay minimum əməkhaqqının 4 faizi həcmində – hazırkı hesablamaya görə 16 manat – icbari tibbi sığorta haqqı ödəyəcəklər. Qanun layihəsində həmçinin qeyd edilir ki, ödəmənin gecikdirilməsi halında əlavə 10% sığorta haqqı tətbiq olunacaq.

Bu vaxta qədər həmin şəxslər tibbi sığorta xidmətlərindən dövlət vəsaiti hesabına yararlanırdılar.

Bundan başqa, evdar və şəxsi gəliri olmayan qadınların sığortası yenə
də dövlət vəsaiti hesabına həyata keçiriləcək. Bu kateqoriyaya aid şəxslərin sığorta məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirəcək.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, burada qaranlıq məqamlar həddindən artıq çoxdur:

“Bu qərarı verənlərin məntiqini anlamağa çalışıram. Məntiqlə demək istəyirlər ki, insanlar var, heç yerdə işçi kimi qeydiyyatda deyillər, amma qeyri-leqal işləyirlər. Əgər onlar tibbi sığortadan istifadə etmək istəyirlərsə, ayda 16 manat ödəniş etməlidirlər. Amma bunun məntiqsizliyi ondan ibarətdir ki, dövlət qurumları bu günə qədər kimin qeyri-leqal işlədiyini aydınlaşdıra bilməyibsə, bəs, bundan sonra necə ayırd edəcəklər? Rəsmən bizdə 300 minə yaxın işləməyən insan var, qeyri-rəsmi rəqəmlərə görə isə bu göstərici 2–3 qat çoxdur. Yaxşı, işləməyən insanlar nə etməlidirlər? Necə 16 manatı ödəməlidirlər ki, icbari tibbi sığortadan istifadə edə bilsinlər? Bu, bir az məntiqsiz yanaşmadır”.

N.Cəfərli hesab edir ki, burada kriteriyalar dəyişdirilməlidir:

“Heç olmasa, könüllülük prinsipi gətirilməlidir. Yəni kim tibbi sığortadan istifadə etmək istəyirsə, 16 manat ödəsin. Bu prinsip gətirilsə və məsələ ilə bağlı cərimələr, sanksiyalar nəzərdə tutulmasa, razılaşmadığım məqamlar olsa da, bunun nisbətən məntiqli qərar olduğunu düşünmək olar”.

Xəbər 262 dəfə oxunub.




01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat

01.12.2025  15:38 

Məmməd İbrahim də həbs olundu

01.12.2025  14:41 

Əli Kərimli həbs edildi


BÜTÜN XƏBƏRLƏR +