DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


01.12.2025  16:47 

ADPU-da süni intellekt və kitabxanalar mövzusunda tədbir keçirilib - Foto





A+  A-

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzində “Süni intellekt və kitabxanalar: Məktəbdən rəqəmsal gələcəyə” adlı elmi-maarifləndirici tədbir keçirilib.

XəzərNews.az xəbər verir ki, universitetin Kitabxana İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova giriş sözündə bildirib ki, tədbirin keçirilməsində məqsəd universitet kitabxanası ilə məktəb kitabxanalarının qarşılıqlı əlaqələrinin qurulmasına töhfə vermək, şagirdlər və gənc oxucularda rəqəmsal savadlılıq, tənqidi düşüncə, süni intellekt, Aİ alətlərindən etik və səmərəli istifadə bacarığı formalaşdırmaqdır. Süni intellektin necə işlədiyini, gündəlik həyatda hansı sahələrdə istifadə olunduğunu bilmək zamanın tələbidir.

Zinharə Həsənova analoji mövzuda tadbirlərin gələcəkdə də təşkil olunacağını vurğulayıb.

ADPU-nun rektoru professor Cəfər Cəfərov deyib ki, müasir elmin, təhsilin və informasiya mühitinin inkişafında süni intellekt texnologiyalarından istifadə genişlənir. Rəqəmsal transformasiyanın sürətlə getdiyi üçün biz də zamanla ayaqlaşmalı, süni intellekt imkanlarından maksimum yararlanmağa çalışmalıyıq.

Rektor qeyd edib ki, informasiya resurslarının daha səmərəli idarə olunması, biliklərə çıxışın asanlaşdırılması və innovativ xidmətlərin genişləndirilməsi mühüm vəzifə kimi qarşımızda dayanır: “Süni intellekt üzrə yeni elmi yanaşmaların formalaşmasına hamılıqla töhfə verməliyik”.

ADPU-nun Elm və İnnovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, hər bir ali təhsil ocağının zəngin kitabxanaya ehtiyacı var. Onun sözlərinə görə, müasir dövrdə kitabxana dedikdə yalnız rəflərdəki bəzəkli kitablar nəzərdə tutulmur: “Müasir kitabxanalar ənənəvi kitablarla yanaşı, həm də süni intellekt texnologiyaları ilə də zənginləşir. Biblioqraflar rəqəmsal alətlər və süni intellekt texnologiyalarından istifadə edərək işlərinin səmərəliliyini artıra bilərlər. Dəqiqlik, sürət və fərdiləşdirmə imkanları baxımından bu çox vacibdir. Bu üsulla həm də kitabxana xidmətlərinin keyfiyyətini yüksəltmək mümkündür”.

Tədbirdə M.Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Könül Təhməzova, ADPU-nun İKT Mərkəzinin direktoru Fərhad Mirəliyev, Elektron resurs və elektron kataloqun təşkili şöbəsinin müdiri Ülviyyə Əliyeva çıxış edərək, süni intellektin növbəti onillikdə gündəlik həyata hərtərəfli inteqrasiya edəcəyini nəzərə alaraq universitet kitabxanalarının rəqəmsallaşdırılmasının önəmli olduğunu vurğulayıblar.





Xəbər 1974 dəfə oxunub.



09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +