DSMF-nin gələnilki büdcəsi qəbul edildi
Qənimət Zahidovun məhkəməsi keçirilib
Sabunçuda yaşayış evində partlayış
Milli Məclisdə plenar iclas keçirilir
Banklar niyə bəzi valyutaları almır?
Heydərov yeni rəis əvəzi təyin etdi
Zalxa Osmanova vəzifəsindən azad edilib
Rusiyanın 115 milyard avrosu Ukraynaya verilir
Güllələnənən şəxs Mətanət Quliyevanın oğludur
Neftin qiyməti aşağı düşdü


01.12.2025  13:13 

Aİ-nin Zəngəzur dəhlizində iştirakı – Avrasiyanın yeni geoiqtisadi arxitekturası





A+  A-

Brüsseldə çıxışı zamanı Hikmət Hacıyevin dediyi “Azərbaycan Avropa İttifaqını bu nəqliyyat kkompozisiyasının iştirakçısı kimi görmək istəyir” fikri, əslində, Azərbaycanın bölgədə formalaşdırdığı yeni geoiqtisadi yanaşmanın davamıdır. Bu bəyanat diplomatik sözlərdən çox, praktiki mesaj daşıyır: Bakı Avropa ilə münasibətləri təkcə siyasi kommunikasiya səviyyəsində deyil, real layihələr üzərində qurmağa çalışır.

Zəngəzur dəhlizinə dair göstərilən parametrlər - 15 milyon ton yük həcmi və 2026-cı ilə qədər infrastrukturun tam hazır olması - Avropa üçün nəzərdə tutulan çərçivənin konturlarını aydınlaşdırır. Bu, “layihə var” demək deyil; “layihə işlək vəziyyətdə olacaq və Avropa bu prosesə indi qərar verməlidir” deməkdir. Müasir geosiyasətdə etibarlılıq və vaxtında icra ən böyük üstünlükdür. Bakı bunu nümayiş etdirir.

Aİ-nin “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Mərkəzi Asiyaya çıxış axtarışı hələ də tam həllini tapmayıb. Şimal marşrutu siyasi risklər səbəbindən əvvəlki çəkisini itirib. Cənub isə logistika baxımından səmərəli deyil. Xəzər hövzəsi və Cənubi Qafqaz bu boşluğu doldurur. Bu mənzərədə Azərbaycan yalnız tranzit nöqtəsi deyil, xəritənin bağlayıcı elementidir.

Hacıyevin Brüsseldə verdiyi siqnalın bir başqa tərəfi də var. Azərbaycan özünü bu böyük dəhlizin passiv benefisiarı kimi deyil, təşəbbüskarı kimi təqdim edir. Əgər 2026-cı il üçün konkret tamamlanma tarixi göstərilirsə, bu, tərəfdaşlara aydın seçim təklifidir: infrastruktur hazır olacaq və bu prosesdə iştirak etmək üçün zaman pəncərəsi geniş deyil.

Avropa üçün bu çağırış yalnız iqtisadi imkan anlamı daşımır. Təchizat zəncirlərinin dəyişdiyi, qlobal rəqabətin sərtləşdiyi bir vaxtda Mərkəzi Asiya ilə sabit ticarət xəttinə malik olmaq həm də təhlükəsizlik məsələsidir. Çin–Qazaxıstan–Xəzər–Azərbaycan marşrutu tonaja görə artıq rəqabət qabiliyyətlidir. Dəhlizin avtomobil, dəmir yolu və multimodal imkanları Avropanın uzunmüddətli maraqları ilə ziddiyyət təşkil etmir, əksinə onlara uyğunlaşır.

Bu layihənin siyasi çəkisi də nəzərə çarpır. Regionda yeni güc mərkəzi formalaşır və Azərbaycan bu mərkəzin aparıcı aktorlarından birinə çevrilir. Zəngəzur dəhlizi yalnız iqtisadi xətt deyil; bölgənin gələcək nizamının necə qurulacağına dair test məqamıdır. Bakı Avropaya açıq qapı göstərir: bu nizamdan kənarda qalmaq və ya yeni sistemin içində olmaq seçimi.

Bütün bunların fonunda Hikmət Hacıyevin açıqlaması tərtibli siyasi bəyanatdan çox, real vəziyyətin təqdimidir. Azərbaycan Aİ-yə mesaj verir ki, bu dəhliz qapalı regional layihə deyil; Avrasiyanın geniş ticarət xəritəsinə daxil olan bir sistemdir. Avropa bu sistemə qoşularsa, geoiqtisadi rəqabətdə mövqeyini gücləndirəcək. Qoşulmasa, yaranan yeni oxun kənarında qalmaq riski var.

Əliməmməd Nuriyev

Xəbər 1836 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.12.2025  10:06 

Neftin qiyməti aşağı düşdü

08.12.2025  18:45 

Ərdoğan Viktor Orbanla görüşüb

08.12.2025  18:32 

DSX-nin kapitanı həbs edildi

08.12.2025  17:51 

ASCO-da seminar keçirilib - Foto

08.12.2025  16:39 

Təyyarə qəzası...-Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +