Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.10.2025  12:33 

Saray Bağlarında 10-15 ildir kanalizasiya yoxdur - Şikayət





A+  A-

Sumqayıt şəhəri Saray Bağları, Qurd Dərəsi massivi, Ruhulla Axundov küçəsinin sakinləri artıq 10–15 ildir kanalizasiya sistemi olmadan yaşayır. Bu illər ərzində dəfələrlə şikayət və müraciətlər etsələr də heç bir nəticə yoxdur.

XəzərNews.az xəbər verir ki, bu barədə həmin küçədə yaşayan sakinlər məlumat yayıb.

“Bir neçə dəfə kanalizasiya boruları quraşdırılmaq adı ilə əraziyə gətirilib, lakin işlər yarımçıq saxlanılıb – borular sadəcə gətirilir, sonra gecə gündüz aparılır, bir müddət sonra yenə geri gətirilir, amma quraşdırılmır”,- deyən sakinlər qeyd edirlər ki, hər dəfə şikayət etdikdə aidiyyəti qurumlardan yalnız “layihə hazırlanır” kimi şablon cavablar verilir, amma faktiki heç bir iş görülmür.

Nəticədə kanalizasiya sistemi yoxdur, evlərin çirkab suları küçələrə axır, pis qoxu və antisanitar vəziyyət yaranıb.

Saray Bağları sakinləri, Azərsu ASC, Sumqayıt şəhər Su Kanal və Bağlar Su Kanal idarələrindən xahiş edir ki, məsələ ciddi şəkildə araşdırılsın, kanalizasiya sistemi nəhayət çəkilsin və əraziyə nəzarət olunsun.



Xəbər 3267 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +