Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


10.10.2025  10:16 

General və polkovnik yaxınlarının Avropadakı milyonları - Təfsilat





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general mayoru Ramiz Zeynalovun qardaşı oğlu Aqil Zeynalov Dubayda ümumi dəyəri 620 min manat olan iki mənzilini yerli əmlak satış platformasında satışa çıxarıb. Dubayın https://www.propertyfinder.ae portalında yerləşdirilən elana əsasən, mənzillərdən biri Əzizi Riverada yerləşir və 700.000 dirhəm (təxminən 324 min manat), digəri isə Xalianın 18-ci rayonunda yerləşir, 640.000 dirhəm (təxminən 296 min manat) qiymətinə satılır.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli paylaşıb.

Hər iki mənzil Aqil Zeynalovun Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçirdiyi ZEYNALOVS REAL ESTATE L.L.C (“Zeynalovlar Daşınmaz Əmlak” MMC) şirkəti tərəfindən satışa təqdim olunub. Şirkət 5 ildir ki, daşınmaz əmlak bazarında fəaliyyət göstərir və rəsmi veb-səhifəsində (https://www.zeynalovsrealestate.com/) bir neçə başqa mənzil də satış və ya kirayə üçün təklif olunur. Ofisi Dubayın Bay meydanındakı Bay Business binasında yerləşir.



Aqil Zeynalov Azərbaycanda “YükTaksisi.Az” və “Evakuator.Az” şirkətlərinin rəhbəri, həmçinin “Evakuasiya.az” MMC-nin qanuni təmsilçisi kimi tanınır. O, eyni zamanda 2 il əvvəl İngiltərədə ortaqlıqla qeydiyyatdan keçirdiyi VERSATILE BUSINESS VENTURES LTD şirkətinin də təsisçilərindən biri olub. Proqram təminatı və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bu şirkət 2025-ci ilin yanvarında fəaliyyətini dayandırıb. Zeynalovun ortağı Cəfər Nəcəfov — Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının sabiq rəis müavini Xosrov Nəcəfovun oğludur.



Cəfər Nəcəfov 50-dən çox mobil oyun və tətbiqin müəllifidir. Onun və Aqil Zeynalovun birgə fəaliyyət göstərdiyi daha bir layihə NEXTOOL adlı şirkətlə bağlıdır. Layihə 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən kataloqa malikdir və hazırda platformanı genişləndirmək üçün 1 milyon dollar investisiya cəlbi mərhələsindədir.

Cəfər Nəcəfov, həmçinin, 2010-cu ildə ABŞ-ın San Fransisko şəhərində onlayn ticarət platforması JOOPZY LLC-ni təsis edib, 2017-ci ildə isə şirkəti Gürcüstanda qeydiyyatdan keçirib.



Aqil Zeynalov yalnız Dubay və İngiltərədə deyil, Polşada da biznes fəaliyyəti göstərir. O, 2023-cü ilin mayında qeydiyyatdan keçmiş 166 CARGO AND LOGISTICS Sp. Z O.O. şirkəti vasitəsilə yükdaşıma, anbar, lizinq və icarə xidmətləri ilə məşğuldur. 2023-cü il maliyyə hesabatına əsasən, şirkətin balansında olan nəqliyyat vasitələrinin ümumi dəyəri 457.915,71 zloti (təxminən 124 min dollar) təşkil edir.

Avropadan Asiyaya keçid etsək, Zeynalovun investisiyalarından biri də Özbəkistandadır. 2024-cü ildə o, Daşkənddə “AZ PAK” MAS`ULIYATI CHEKLANGAN JAMIYAT (yəni “AZ-PAK” MMC) adlı şirkəti qeydiyyatdan keçirib. Şirkətin nizamnamə kapitalı 100 milyon Özbək somu — təxminən 8239 ABŞ dolları məbləğindədir.



Şirkətin 100 faiz sahibi Aqil Zeynalovdur, direktoru isə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının keçmiş komandir müavini, polkovnik Xosrov Adil oğlu Nəcəfovdur. Qeyd edək ki, Xosrov Nəcəfov xalq artisti Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.



Xəbər 4917 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +