Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


07.10.2025  18:16 

TƏBİB əməkdaşının bıçaqlanmasının təfərrüatı məlum oldu





A+  A-

TƏBİB-in əməkdaşı Lamiyə Qanbayevanın bıçaqlanmasının təfərrüatı məlum olub.

XəzərNews.az xəbər verir ki, hadisə nikahın ləğv edilməsindən sonra baş verib.

Bir müddət əvvəl qadın ərindən boşanmaq üçün məhkəməyə müraciət edib. Bu günlərdə məhkəmə cütlüyün boşanması ilə bağlı qətnamə qəbul edib. Bundan hiddətlənən ər qisas məqsədi ilə arvadını öldürmək niyyətinə düşüb. Ötən gün arvadının yaşadığı ünvana gəlib, ona 11 bıçaq zərbəsi vurub.

Qeyd edək ki, oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda onun xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.//Teleqraf.az

Xəbər 2738 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +