Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


06.08.2025  17:29 

Rusiya Azərbaycan qazının Ukraynaya nəql edildiyi stansiyaya zərbə endirib





A+  A-

Rusiya ordusu avqustun 6-na keçən gecə Ukraynanın qaz nəqli ilə bağlı infrastruktur obyektlərinə zərbə endirib.

Bu barədə məlumatı Ukraynanın Energetika Nazirliyi yayıb.

Məlumata görə, gecə pilotsuz uçuş aparatları ilə Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında Ukraynanın təbii qaz tədarükünün təmin edildiyi kompressor stansiyasına zərbə endirilib:

“Sözügedən kompressor stansiyası Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə olunur. ABŞ-dən mayeləşdirilmiş təbii qaz və Azərbaycan qazının sınaq həcmləri bu yolla ölkəyə nəql edilirdi”.

Nazirliyin məlumatında qeyd olunub ki, bu, Ukraynanın mülki infrastrukturuna, energetikaya, eləcə də Azərbaycan, ABŞ və Avropada tərəfdaşlarla münasibətlərə qarşı məqsədyönlü zərbədir.

Hazırda zərbənin nəticələrinin təyin edilməsi ilə bağlı hadisə yerində mütəxəssislərin çalışdığı vurğulanıb./“Qafqazinfo”

Xəbər 1992 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +