Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


17.07.2025  10:25 

Millimiz Avropa birinciliyini 13 medalla başa vurdu





A+  A-

Serbiyanın Novi Pazar şəhərində yeniyetmə boksçular arasında keçirilən Avropa birinciliyi başa çatıb.

XəzərNews.az Teleqraf-a istinadla xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha bir medalı rəsmiləşib.

+80 kq-da mübarizə aparan Səfdər Məmmədzadə finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşdığından Məmmədzadə gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycan yığması Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Milli bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Boksçulardan daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Xəbər 1744 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +