Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”





A+  A-

Avropa Günü münasibətilə təşkil olunan tədbirdə Avropa İttifaqı, onun üzv dövlətləri, Azərbaycandan olan tərəfdaş qurumlar və digər təşkilatlar iştirak ediblər.


Bakıda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən “EuroVillage 2025” (Avropa şəhərciyi) tədbiri keçirilib.
XəzərNews.az xəbər verir ki, Avropa gününə həsr olunan “EuroVillage 2025” tədbiri sağlam həyat tərzinin və idmanın təşviqinə həsr olunub.
Əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.
“EuroVillage 2025” tədbirində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib ki, bu, Azərbaycanda "Avropa ayı" təntənəsini yekunlaşdıran ilin ən əsas tədbiridir: "Biz 450 milyon vətəndaşı və 27 üzv dövləti bir araya gətirən Azərbaycan və Azərbaycan xalqı ilə güclü münasibətlərə malik ittifaqıq. "Avropa şəhərciyi" Avropaya açılan bir pəncərədir. Aİ-ni unikal edən məhz onun zəngin mədəniyyətidir ki, tədbir həmin müxtəlifliyi görmək və zövq almaq üçün bir imkandır. Bu bayramı azərbaycanlı dostlarımızla qeyd etməkdən məmnunluq duyuruq. Sizi səmimiyyətlə "Avropa şəhərciyi"ni kəşf etməyə dəvət edirəm. Burada, Aİ, onun üzv dövlətləri, Aİ tərəfindən Azərbaycanda həyata keçirilən, maliyyələşdirilən layihələr, Avropa dəyərləri, mədəniyyəti, incəsənəti haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Bu tədbirin keçirilməsində dəstəyə görə Azərbaycan hökumətinə, Gənclər və İdman Nazirliyinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan hökuməti ilə yaratdığımız sıx əməkdaşlıq çərçivəsində belə uğur əldə edə bilirik".
Sonra Avropa İttifaqı ölkələrini təmsil edən səfirlər öz dillərində iştirakçıları salamlayıblar.



"EuroVillage 2025" çərçivəsində Aİ ölkələrinin pavilyonları, interaktiv guşələr, səhnə çıxışları, uşaqlar və böyüklər üçün əyləncəli və maarifləndirici fəaliyyətlər təqdim olunub. Ziyarətçilər musiqi, rəqs, şahmat, digər idman oyunları və hədiyyəli müsabiqələrdən zövq alıblar. Həmçinin ziyarətçilərə pavilyonlarda üzv ölkələrin mətbəxinə aid şirniyyatlar da təqdim edilib.




Xəbər 2385 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +