14 müəssisə “HALAL” sertifikatı üçün müraciət edib.
Onların arxasında imkanlı şəxslər dayanırdı - Mərdanov
Sərhəd Xidmətinin tenderi ləğv edildi
İlham Əliyevin Zirvədə imzası - Foto
Cahangir Əsgərov “Premium Bank“ ASC-nin əsas səhmdarı olub
BƏƏ-nin hədiyyəsi Trampı qane etmədi
“Çılğın gözlərin var“ şərhinə silahla cavab verdi
Azərbaycanlını öldürən şəxs ömürlük həbsə məhkum edildi
Məşhur iş adamı həbs edildi
İlham Əliyev Ərdoğanla görüşdü


25.04.2025  10:53 

SEPAH Pezeşkianın Bakı səfərinə maneə hazırlayır





A+  A-

“SEPAH-ın saytları aprelin 23 və 24-ündə Dövlət Radio Televiziya Korporasiyasının orqanı olan “İsrail Xayom” saytına istinadən B.Netanyahunun Azərbaycana səfər edəcəyi ilə bağlı qısa məlumat yaydı. Səhəri gün isə “artıq səfəri vaxtını və gündəliyini dəqiqləşdirmişdilər. Bakının “İbrahim müqaviləsi”nə qoşulması və artan gərginlik fonunda İsraillə Türkiyə arasında vasitəçilik müzakirə olunacaq. Guya gələn ay gələcək. Gələn ay 31 gündür. B.Netanyahunun səfəri indiki proqramla başa çatdıqdan iki gün sonra gələn ay başlayır. Pezeşkian da belə vaxtda Azərbaycana səfər edir və Azərbaycanı gücləndirir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, B.Netanyahunun Azərbaycana səfər etməsi təhlükəsizlik baxımından nonsensdir:

“Belə səfər yalnız İsrailin İrana qarşı müharibəsi Təl-Əvivin xeyrinə başa çatdıqdan sonra mümkün ola bilər. Görünür, İranda SEPAH-çılar İsrailin İran üzərində qələbə çalacağını ehtimal edən qüvvələrin tərəfindədir. Ona görə SEPAH belə məlumatlar yayır”.

Politoloq qeyd edib ki, İsrail Baş nazirinin Azərbaycana səfər mövzusunun ortalığa atılması COP-29 zamanı M.Pezeşkianın Bakıya səfərinin təxirə salınmasında istifadə olunan metodları yada salır:

“O zaman da İran cəmiyyətinin daxilində M.Pezeşkianın Bakıya səfərinə etirazlar var idi. Ən güclü arqument COP29-a İsrail prezidentinin gələcəyi oldu. Bunu əsas götürüb M.Pezeşkianın Bakıya səfərini təxirə saldılar. COP-29 10 günlük tədbir idi. Gələn prezident iki gündən artıq qalmır. İran prezidenti İsrail prezidentinin Bakıda olmadığı dövrdə COP29-da iştirak edə bilərdi. Sadəcə İranın içərisində İran-Azərbaycan münasibətlərinin əleyhinə olan çox ciddi qüvvələr var. Bunlar şah dövründən ortalıqdadır. Amerikaya nökərçilik etməyi arzulayanlardır və böyük əksəriyyəti də SEPAH-çılardır”.

M.Əhmədoğlu qeyd edib ki, Ərdəbil və ya Parsabad-İmişli dəmir yolunun da işə salınacağı gündəliyə gətirilib:

“Bu da İran mətbuatı tərəfindən ortalığa atılıb. Parsabad-İmişli dəmir yolu sahəsində tam sakitlikdir. Mətbuatımızda bu mövzuda məlumatlar yoxdur. Parsabad-İmişli dəmir yolunun açılması Ərdəbil-Fars körfəzi marşrutu adı altında İranın Rusiyadakı səfiri Kazım Cəlalinin dili ilə ortalığa qoyulmuş müəyyən qədər təxribatçı variantdır. Ərdəbil-Təbriz və sonradan Bəndər Abbas limanına qədər yolun tikintisində də çatışmazlıqlar var. M.Pezeşkiyanın Bakıya səfərinə ikinci maneə də hazırdır. Parsabad-İmişli dəmir yolunun açılışı mütləq İran-Azərbaycan sərhədində reallaşmalıdır. İran-Azərbaycan sərhədində iki prezidentin bundan əvvəlki görüşünün nəticəsi bəllidir. SEPAH İranın prezidenti İ.Rəisini öldürdü. Beləliklə, hər cür sürprizə hazır olmalıyıq”.



Xəbər 2524 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.05.2025  14:59 

Məşhur iş adamı həbs edildi

16.05.2025  14:16 

Aktrisa toyda qonaqlarla dava edib

16.05.2025  13:06 

XİN-dən Paşinyana cavab

16.05.2025  12:52 

Məşhur müğənni həbs edildi

16.05.2025  09:28 

Biləsuvar sakinini ildırım vurdu


BÜTÜN XƏBƏRLƏR +