Prezident Mövlud Çavuşoğluya başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək
Bakıda körpüləri niyə su basır? - Video
Nuridə Allahyarova “Yeni Klinika“dan getdi
Bakının daha iki rayonu üzrə söküntü başlayır
Vətəndaşların kartları yenə talan olundu


17.03.2025  12:50 

“Avromed Company” gömrük qaydalarını pozur – Məhkəmə





A+  A-

Dəfələrlə İnzibati Xətalar Məcəlləsini pozan dərman firması və apteklər “Avromed Company” ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib.

“Avromed Company” bu dəfə də İXM-nin gömrük qaydaları əleyhinə olan 496.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Dərman firması ilə bağlı işə 2 aprel tarixində Nəsimi rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ölkənin qabaqcıl dərman firmalarından olan “Avromed Company” QSC deputat Cavanşir Feyziyevə məxsusdur./Tribunainfo.az


Xəbər 2617 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +