İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu


14.03.2025  13:54 

Manat kəlməsinə ilk dəfə nə zaman rast gəlirik?





A+  A-

Manat kəlməsinə ilk dəfə 1919-cu ildə Britaniya (Transxəzər) Hərbi Missiyasının qiymətli kağızında (منات qırmızı kvadratla göstərilir) rast gəlirik. Bu andan etibarən “manat” sözü Azərbaycan pul vahidi üçün nəzərdə tutulur və “rubl” sözünün tərcüməsi deyil.

XəzərNews.az xəbər verir ki, məlumatı Ukraynada yaşayan tarixçi alim, diaspor qurucularından Eldar Tağıyev paylaşıb:

- SSRİ-də 1923-cü ildə buraxılmış “rubl” üzərində Azərbaycan dilindəki yazı ərəb əlifbasında (روبلی) rubl kimi göstərilmişdir. “Manat” sözü SSRİ əskinaslarına çox sonralar daxil edilmişdir.

Azərbaycan ədəbiyyatında manat sözünə pul vahidi kimi Abbasqulu Bakıxanovun (1794-1847) “Gülistani-İrəm” əsərində: “Gürcüstanlı İrakli xan [Kral İrakli] öz ərazilərini ondan [Ümmə Xan Avarlıdan] qorumaq üçün hər il 5000 manat gümüş ödəməyə razılaşdı” və Mirzə Ələkbər Sabirin (1862-1911): Mən anlamıram kim, nola mənayi-müəllim? Qırx-əlli manat pul ala hər ay müəllim? - yazılarında rast gəlirik.

Xəbər 2438 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +