Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.02.2025  11:54 

Barmaqları kəsilən vətəndaşın müavinəti niyə dayandırılıb?





A+  A-

İkinci qrup əlilliyi olan Mingəçevir rayon sakini Tural Zamanovun müavinəti 4 ildir kəsilib.

XəzərNews.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, 2009-cu ildə hərbi xidmətdə olan zaman Turalı şaxta vurub və ayağından zədə alıb. Nəticədə onun bütün ayaq barmaqları amputasiya olunub. 2010-cu ildən əlillik təyin edilən Tural 2021-ci ilə qədər müavinət alıb.

“10 il pensiya almışam. 2021-ci ildən bəri diaqnozum əlilliyi təyin etməyə imkan vermir. Bununla bağlı dəfələrlə müraciətlər də etmişəm. Amma heç bir köməklik göstərilməyib. İki övladım var. Anam da onkoloji xəstədir. Səhhətimizlə əlaqədar heç yerdə işləyə bilmirik”, - o bildirib.

2015-ci ildə Tural Zamanova dövlət tərəfindən avtomobil da verilib. Lakin 2021-ci ilin iyun ayında ona verilən 480 manat müavinət dayandırılıb. Səbəb kimi isə diaqnozun əlillik təyinatına imkan verməməsi göstərilib.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, vətəndaş yenidən qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət etməlidir.

Daha ətraflı süjetdə:



Xəbər 2926 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +