Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


21.02.2025  16:43 

Media qurumlarının saytlarına kiberhücumla bağlı rəsmi açıqlama - VİDEO





A+  A-

“Bu gün informasiya təhlükəsizliyi bütün dünya dövlətlərinin, xüsusi xidmət orqanlarının bir nömrəli diqqət mərkəzində saxladıqları bir sahədir. Bu nöqteyi-nəzərdən, informasiya təhlükəsizliyinin hücumlardan, təhdidlərdən qorunması hər bir dövlət orqanı kimi bizim xidmətin də çox vacib və əsas vəzifələrindən biridir”​.

XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov bildirib.

“Çünki biz bu sahədə mərkəzi icra hakimiyyəti rolunu orqanıyıq. Bu sahədə biz məsuliyyətimizi başa düşürük. Ona görə də ölkəmizdə informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ciddi tədbirlər görülür. Gələcək illərdə biz informasiya təhlükəsizliyi sahəsində daha böyük uğurlara imza atacağıq”,- deyə A.İsmayılov vurğulayıb.

Ötən gün bir sıra media resursuna olan kiberhücumla bağlı Dövlət Xidmətinin rəis müavini deyib ki, belə hücumların qarşısı XRİTDX tərəfindən mütəmadi olaraq alınır:

“Bu məsələlərdə diqqətli olmaq lazımdır. Açıq mənbələrdə elə bir məlumat yoxdur ki, informasiya təhlükəsizliyini təhdid etməsin. Amma xüsusi xidmət orqanları açıq mənbələrdə apardığı təhlil ilə külli miqdarda əməliyyat məlumatları əldə edir. Hər şeyə sadə baxmaq olmaz”.



Xəbər 3607 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +