Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


19.02.2025  14:13 

Beş il ərzində hər iki ölkənin media subyektləri... - İsmayılov





A+  A-

Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin inkişaf dinamikasına uyğun olaraq istər milli media subyektlərimiz, istərsə də aidiyyəti qurumlar xalqlarımızın mənəvi dəyərlərinin təbliği, dövlət maraqlarımızın müdafiəsi, o cümlədən informasiya mühitimizi dezinformasiyalardan qorumaq məqsədilə medianın etik prinsipləri əsasında daha peşəkar fəaliyyət göstərmək üçün əzmlə çalışır.

Bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masada deyib.

Azərbaycan və Türkiyə arasında media sahəsində qurulan strateji əməkdaşlığın yalnız iki ölkənin informasiya məkanını zənginləşdirməklə kifayətlənmədiyinə diqqət çəkən Ə.İsmayılov qeyd edib ki, eyni zamanda, bu əməkdaşlıq regionda və dünyada səsləndirilən həqiqətlərin daha geniş auditoriyalara çatdırılmasına da əvəzolunmaz töhfələr verib: “Beş il ərzində hər iki ölkənin media subyektləri bir sıra birgə layihələr həyata keçirib, peşəkar kadrların hazırlanması üçün təlimlər təşkil edilib və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq genişləndirilib.

Anlaşma Memorandumunun 5 illik yubileyini qeyd edərkən, əminəm ki, əməkdaşlığımız gələcək illərdə yeni layihələr və təşəbbüslərlə daha da zənginləşəcək. İki ölkənin media sahəsinə məsul qurumları arasında bilik və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi kimi məsələlərdə əməkdaşlıq imkanları daha da artırılacaq”./AZƏRTAC

Xəbər 3793 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +