Bu binalarda istiliklə bağlı problem yaranıb
Pezeşkian Azərbaycan atalar sözü ilə Trampa səsləndi
Putinlə çox vaxt keçirdim - Stiv Vitkoff
Bir yumruğa 3 il həbs... - Azərbaycanda
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək
“İstanbul NS” klinikasına cərimə yazıldı
Deputatın oğlu sahibkarın səhmlərini əlindən alıb – Şikayət
20 min ukraynalı Almaniyada hərbi təlim keçib
Aktrisa Azərbaycana “salam” göndərmək İSTƏMƏDİ- VİDEO
“Xaliq Faiqoğlu“ sərnişinlərini çovğunda saxladı - VİDEO


19.02.2025  10:20 

Seçiciləri bu deputatları tanımır?





A+  A-

Milli Məclisin deputatı olmaq olduqca şərəfli işdir. Seçilmək, seçiciləri təmsil etmək, onlara xidmət etmək xüsusi bir missiyadır.

Amma mandat qazanmış bəzi deputatlar nədənsə bu missiyanın mahiyyətini dərk edə bilmir, ya da dərk etmək istəmirlər. Belə olanda da itirən daha çox seçicilər olur.

Təsəvvür edin, adam seçkidən öncə insanlara vəd edir ki, telefonu 24 saat açıq olacaq. Seçki bitir, deputat seçilir, vəd də unudulur. Nəticədə seçici nəinki 24 saatda, hətta həftə və aylarla o deputatı tapa, əlaqə yaradıb danışa, dərdini ərz edə bilmir.

117 saylı Oğuz - Qəbələ - Şəki seçki dairəsinin deputatı Eyvaz Qurbanov bundan öncə icra başçısı işləyib. Hiss olunur ki, Eyvaz müəllim hələ də icra başçısı stereotiplərindən xilas ola bilməyib və keçmişdə yaşayır...

"Cənab başçı, orda oturma, burda otur" kimi məqamlar hələ də onu tərk etməyib.

Yoxsa 2024-cü ilin sentyabrından bu yana cənab başçı Eyvaz Qurbanov bir dəfə olsun telefon zənginə deyil, heç olmasa mesajlara cavab verərdi.

Təəssüf ki, Eyvaz müəllim telefon zənglərimizə cavab vermir.

Görünür, Eyvaz müəllim hələ də icra başçısı stereotiplərindən xilas ola bilməyib və keçmişdə yaşayır...

Dərddir, böyük dərd...

24 saat telefonu açıq olacaq deyən cənab başçının səsinə seçiciləri də həsrət qalır belədə.

Allah kömək olsun deməkdən başqa çarə də qalmır.

Amma qanunverici orqanda təmsil olunan şəxsin elə qanunvericilik qarşısında da öhdəlikləri var.

Sadalayaqmı, hər halda Eyvaz Qurbanovun buna ehtiyacı yoxdur, çünki icra baçısı olmazdan öncə də deputat olub. Bunları yaxşı bilir.

Şübhə etmirik ki, hər dəfə ona telefon zəngi gələndə başçı olduğu günləri yada salaraq əsəbləşir.

Əsəbləşməyin, cənab başçı, eee, üzrlü sayın, hörmətli deputat, seçicilər sizi gözləyir.

Jurnalistlərə cavab verməyin, bunu saymazlıq, yekəxanalıq kimi qəbul etdik.

İşiniz avand olsun.

Amma unutmayın, indiki o zaman deyil, həmkarlarınıza baxın.

Hər gün seçicilərinin yanında olan, ölkə mediasına açıq, parlamentdə çıxış edən deputatları deyirik.

Həmkar deyəndə Heydər Əsədovu demirik, ha… O sizdən də betərdi.

Əslində, indi cəmiyyətdə kimsə Eyvaz Qurbanov, Heydər Əsədov adında deputat tanımır. İnanın ki, bu fikrin formalaşmasında təqsir cəmiyyətdə deyil./Modern.az

Xəbər 1117 dəfə oxunub.




21.02.2025  13:49 

Viktor Qonçarov SAXLANILDI

21.02.2025  12:43 

DON TRAMP nə İSTƏYİR?!

21.02.2025  10:38 

Prezident Hulusi Akarı qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +