Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


18.02.2025  14:30 

“Tenderlər kralı” həbsdən necə azad edildi?





A+  A-

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Əvvəlki yazımızda onun bir sıra vəzifəli şəxslərlə əlbir olması barədə məlumat vermişdik.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda iş adamı səhhəti ilə bağlı sərbəst ifadə verməkdə çətinlik çəkib. Onun vəkili müvəkkilinin xəstəliyi ilə əlaqədar həbsdən buraxılmasını xahiş edib.

Rasim Sadıqovun sədrlik etdiyi məhkəmə tərkibi müttəhimin xəstəliyi ilə bağlı Bakı İstintaq Təcridxanasından daxil olan sənədi, həmçinin 62 min 400 manat maddi ziyanın tam ödənilməsini nəzərə alaraq vəsatəti təmin edib.

Qərara əsasən, F. Rəhimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Qeyd edək ki, Fəqani Rəhimovun şirkətləri dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gəlib. İbtidai istintaqın sonunda onun barəsində həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə F. Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürülüb. Həmin vəsaitin 62 min 400 manatı həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırılıb.

Xəbər 3221 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +