Hafiz Həsənov ev dustağı oldu
İsmayıllıda intihar hadisəsi baş verib
Əbülfəz Səricanov DTX tərəfindən saxlanıldı
Yol polisi radara düşdü, cərimə vətəndaşa gəldi
Mövqelərimiz atıcı silahlardan atəşə tutuldu
Mövqelərimiz Keşişkənd istiqamətindən atəşə tutuldu
Seyran Səxavət Məleykə Abbaszadəyə şərt qoydu
İmamoğlu kimi itin-qurdun yanında olan... - Deputat
“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video


17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə





A+  A-

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan 1999-cu ildə Azərbaycanla aparılan danışıqlarda Mehri rayonu ilə Qarabağın "barter edilməsi" iddiası haqda çıxış edib.

XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanda son günlər Köçəryanın dövründə Mehrinin Azərbaycana verilməsi qarşılığında Qarabağın Ermənistana birləşdirilməsi iddiaları müzakirə edilir.

Bu məsələ ABŞ Dövlət Departamentinin məxfiliyini ləğv etdiyi sənədlərdə əksini tapır. Plana görə, Mehri və Qarabağın dəyişdirilməsi gündəmdə olub.

Köçəryan bildirib ki, bu məsələ 1999-cu ildə gündəmdə olsa da, rəsmi şəkildə irəli sürülməyib.

“Bu məsələ 2001-ci ildə Ki-Uest danışıqlarında irəli sürülüb. Plana görə Qarabağ Ermənistana birləşdirilməli idi, Mehri isə Azərbaycana. Azərbaycan suveren hüquqlara malik olan dəhliz əldə edirdi. Bu müzakirə edildi, lakin sonra Bakı bu variantı rədd etdi”, - o bildirib.

Köçəryan hesab edir ki, Mehri mövzusu Ermənistanın hazırkı hakimiyyəti tərəfindən məqsədyönlü şəkildə tirajlanıb: “Çünki bu hakimiyyət Azərbaycana Mehdirən istədiyi dəhlizi vermək istəyir”.

Qeyd edək ki, 2001-ci ildə Ki-Ustdə keçirilən danışıqlarda Mehri və Qarabağ məsələsi gündəmdə idi, lakin rəsmi Bakı bundan imtina etdi, danışıqların birbaşa iştirakçısı olan Köçəryan da bunu təsdiq edir. Həmin vaxt danışıqlar aparan Prezident Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev Qarabağı – işğal olunmuş bütün əraziləri azad etdi, suverenliyimiz bərpa olundu və Ermənistanı Mehridən Azərbaycana dəhliz verməklə bağlı öhdəlik götürməyə məcbur etdi.

Xəbər 979 dəfə oxunub.




21.03.2025  11:59 

Hafiz Həsənov ev dustağı oldu


BÜTÜN XƏBƏRLƏR +