Tramp Kanadaya bu taarifi 50%-ə qaldırdı
Azərbaycan kimi seçir: Türkiyə, yoxsa İsrail?
Bu Mərkəz nazirin arvadına 120 min icarə haqqı ödəyir
Moskvaya hücum: Qurbanların sayı artır
Leks Fridman təyyarə hücumundan necə sağ çıxıb?
Ciddədə Ukrayna - ABŞ danışıqları başladı
Qarabağ qazisi diasporu və QHT-ləri sərt tənqid etdi
Bakıda sürücünü maşından çıxarıb döydülər
Kimlər pulsuz ev alacaqlar?
Bu restoranın qarşısında diqqətli olun!


17.02.2025  14:41 

ADY-də yeni təyinatlar olub





A+  A-

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib.

XəzərNews.az ADY-yə istinadən xəbər verir ki, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.

Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib.

2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri olub.

ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.

Türkan Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.

Peşəkar fəaliyyətə 2011-ci ildə beynəlxalq hüquq şirkətlərindən birində başlayıb. 2018-ci ildən ADY-də çalışan Türkan Yusibova 2023-cü ildən Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

Beynəlxalq “Layihə menecmenti peşəkarı” (PMP) və “Proqram menecmenti peşəkarı” (PgMP) sertifikatlarına sahibdir.

“Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.

Əsəd Məmmədov 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” ixtisası üzrə bakalavriat pilləsini bitirib. Hazırda Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirən Əsəd Məmmədov karyerası dövründə menecment üzrə “Lean Six Sigma White Belt”, maliyyə modelləşdirilməsi üzrə “Financial Modeling & Valuation Analyst” (FMVA) və təhlükəsizlik standartı üzrə “Functional Safety Engineer” (FSEr) sertifikatlarını alıb.

Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb, bank sektorunda risklərin idarə olunması və müştəri xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildən ADY-də çalışır. 2023-cü ildən Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini vəzifəsində işləyib.







Xəbər 1586 dəfə oxunub.




11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?

11.03.2025  14:37 

Yel çərşənbəniz mübarək!

11.03.2025  10:34 

Kimlər pulsuz ev alacaqlar?

10.03.2025  18:24 

Tofiq Yaqubluya hökm oxundu


BÜTÜN XƏBƏRLƏR +