Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


07.02.2025  13:46 

Əcnəbi qızla tanış olmaq istəyən futbolçu CƏZALANDIRILDI





A+  A-

“Turan Tovuz”un futbolçusu Nahid Əliyev Bakıda yerləşən hotellərin birində qızla tanış olmağa çalışarkən qalmaqala səbəb olub.

XəzərNews.az “Sportinfo”ya istinadən xəbər verir ki, gənc oyunçu komandanın yerləşdiyi məkanda qarşısına çıxan qızla tanış olmaq istəyib.

Xarici ölkə vətəndaşı olan xanım isə onun təklifini qəbul etməyib. Futbolçunun ondan əl çəkmədiyini görən əcnəbi xanım hotelin təhlükəsizlik xidmətinə şikayətlənib.

Onlar da öz növbəsində bu barədə klub funksionerlərini məlumatlandırıblar. Hadisə yerinə gələn rəsmilər qızı sakitləşdiriblər.

Eyni zamanda klubun baş məşqçisi Kurban Berdiyev Nahid Əliyevi düşərgədən uzaqlaşdırıb.

Rusiyalı çalışdırıcı 2005-ci il təvəllüdlü gənci yalnız əsas komandadan kənarlaşdırmayıb.

O, əvəzedici heyətin qapılarını da yarımmüdafiəçinin üzünə bağlayıb.

Qeyd edək ki, bu hadisə bir neçə ay öncə baş versə də, mediada indi gündəmə gəlib.

Xəbər 3768 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +