Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


01.02.2025  12:28 

Öcalan bu tarixdə bəyanat yayacaq?





A+  A-

İtaliya mətbuatında hazırda həbsdə olan PKK terror təşkilatının lideri Abdullah Öcalanın fevralın 15-də bəyanat yayacağı barədə məlumat yayılıb.

XəzərNews.az “Hürriyət”ə istinadən xəbər verir ki, məlumatı italiyalı jurnalistlər Kaira Krukiati və Ciasandro Merli PKK/YPG terror təşkilatının Suriyadak qolunun lideri Mazlum Abdi ilə görüşdən sonra “Il Manifesto” qəzetində paylaşıblar. Onlar Öcalanın terrorçulara səslənərək silahı yerə qoymasını istəyəcəyini iddia ediblər. Bəyanatın videomüraciət formasında ola biləcəyi də vurğulanıb.

Qeyd edək ki, yanvarın 20-si italyan və fransız siyasətçilər Suriyanın şimalındakı əraziləri nəzarətində saxlayan Mazlum Abdi ilə görüşüblər. Görüşdə onları jurnalistlər də müşayiət edib.

Xatırladaq ki, PKK-nın 26 ildir İmralı həbsxanasında olan lideri Abdullah Öcalan məhz 1999-cu il fevralın 15-də Milli Kəşfiyyat Təşkilatının (MİT) əməliyyatı nəticəsində Keniyada yaxalanaraq Türkiyəyə gətirilib. O, terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilsə də, hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib.

Xəbər 3868 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +