Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.01.2025  13:40 

Sabah hava necə olacaq?





A+  A-

Yanvarın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz yarımadanın bəzi yerlərində hava şəraitinin az çiskinli olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Xəbər 3492 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +