Hərbi Prokurorluğda yeni təyinatlar olub
Çörək sexinin fəaliyyəti dayandırıldı - Bakıda
TRT-də PKK təsiri: Urmiya kürd şəhəridir?
Kramatorskda rus məhbuslar qaçıb
Paşinyan Brüsseldə kimlərlə görüşüb?
Onlar da Kremilin hədəfində...
Məleykə Abbaszadə hansı ixtisasların ləğvinin anonsunu verdi
Məşhur azərbaycanlı blogerə cinayət işi açıldı
Suşi emalı müəssisəsində nöqsan - Foto
Deputatlar tətilə çıxdı


24.01.2025  14:10 

462 min manat mənimsəmişdi, məhkəməsi başlayır





A+  A-

"Premium Bank" ASC-də filial müdiri işləmiş Nəzakət Məmmədxanova və Samirə Əliyevanın məhkəmə prosesinin növbəti baxış iclası keçirilib.

XəzərNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilk olaraq Nəzakət Məmmədxanovanın vəkili Təranə Əliyeva vəsatət verərək müvəkkilinin 2 əmlakı ilə bağlı məsələni müzakirəyə çıxarmağı xahiş edib. Həmçinin bildirib ki, məhkəmə istintaqı təzələnsin.

Dövlət ittihamçısı Vüsal Mehrəliyev əmlakların qiymətlərinə münasibət bildirib və qeyd edib ki, əmlakların inventar dəyərləri 123 min və 24 min manatdır.

Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqının təzələnməsi ilə vəsatətin qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxıb.

Sonra vəkil Təranə Əliyevanın internet resurslarında adıçəkilən ünvanlarda olan əmlakların qiymətləri ilə bağlı sənədlər təqdim edib və bildirib ki, istintaq orqanı əmlakları ucuz dəyərləndirib.

Təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova Goradil qəsəbəsi və Hil kəndində olan əmlakları cinayəti törətməmişdən qabaq aldığını və həyat yoldaşının həbs qoyulan əmlaklarının satılıb dövlət nəfinə keçirilməsinə etiraz etmədiyini bildirib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin vəkilinin hazırda əmlaklarla bağlı əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətin təmin olunmamasını istəyib.

Samirə Əliyevanın vəkili Nicat İmanzadə notarius vasitəsilə əmlaklara yenidən qiymətləndirmə keçirilməsini təklif edib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxsin vəkili Təranə Əliyevanın vəsatətinə münasibət bildirərək qəbul olunmadığını elan ediblər.

Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikirlərini öyrənib.

Dövlət ittihamçısı 308-ci maddəyə münasibətlə bağlı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi 7 fevral tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, "Premium Bank" ASC-də filial müdiri işləyən Nəzakət Şərəf qızı Məmmədxanova 2024-cü ilin mayın 8-dən 23-nə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Samirə Novruz qızı Əliyeva kömək edib.


Xəbər 4730 dəfə oxunub.




14.07.2025  14:57 

Kramatorskda rus məhbuslar qaçıb

14.07.2025  14:26 

Onlar da Kremilin hədəfində...

14.07.2025  13:00 

Deputatlar tətilə çıxdı

14.07.2025  12:57 

Sabah gündüz 34-38° isti olacaq

14.07.2025  11:21 

DTX kibercinayətkarları ifşa etdi

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu


BÜTÜN XƏBƏRLƏR +