Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


02.10.2024  11:22 

Özünüzü və gözünüzü qoruyun: kor ola bilərsiniz





A+  A-

(İki fərqli sərgüzəşt: Gülşən Dikmən və bir də qəssab Tələt)

Bu, gördüklərimizdən artıq görmək istəyimizdən qaynaqlanmır, sadəcə insan olaraq normal yaşamaq istəyi ilə bağlı bir məsələdir. Düşünürsən ki, bu qədər fərqliliyin səbəbi nə ola bilər: dünyanın bir qütbündə normal cəmiyyət, normal həyat səviyyəsi hökm sürürkən, digər qütbündə isə insanların bəzən it-pişik qədər də dəyəri olmur. Gerçək olan budur ki, qanunların çeynənib ayaqlar altına atıldığı hər yerdə belədir: sanki zahirdə varsan, batində yoxsan - yəni, insan olaraq normal bir ömür yaşamaq halında deyilsən və sənin hüququnla hüquqsuzluğunun nisbət fərqi eynidir.

Əslində, dəyərlərin itdiyi yerdə heç nəyin dəyəri, tam sağlam olmayan cəmiyyətlərdə isə bədənin heç bir əzası sağlam olmur. Orada hansısa “sağlam əl”dən, müqəddəslikdən danışmaq da yersizdir, mənasızdır. Sovet dönəmindən bizləri inandırmağa çalışıblar ki, həyatımız sağlam əllərdədir. Bu, hər nə qədər mümkün olası bir iş olmasa da, sağalan və sağalmaz dərdə düşənlər “sağlam” ilə “sağmal”ın fərqini daha yaxşı bilirlər…

Və gəlin, gənc bir qızın – jurnalist, Diaspora TV-nin redaktoru Xəyalə Zöhrabın üzləşdiyi ilginc vaqeənin gizlinləri ilə (etdiyi müraciətə əsasən) aşkar tanış olub, dəhşətli bir kabusun bizimlə birgə addımladığına əyani şahidlik edək:

“Əziz dostlar, jurnalist həmkarlar!

Zəif görməmlə bağlı ötən ilin oktyabrında “Batıgöz” klinikasında “Gülşən Dikmən”ə excimer lazer əməliyyatı etdirdim. Təəssüf ki, əməliyyat uğursuz keçdi. Həkim gözümə yanlış dərəcələr vurdu. Görmə qabiliyyətim əvvəlkindən daha da bərbad oldu, o gündən həyatım qaraldı. Hər şeyi çox və hərəkətli gördüm, gözümün dərəcələri oynayırdı. Bu məsələdən sonra “həkim” xəstəxanadan uzaqlaşdırıldı.

Yanvar ayında Nəsimi rayon Prokurorluğuna dəfələrlə (dəlillər daxil) müraciət etdim. May ayında ekspertizaya çağırıldım. Ekspertizada “bu gözü kim bu hala salıb?! Yaxasından yapış, çarəsi yoxdur, zədələnib” dedilər.

Gülşən Dikmən deyəndə, qəh-qəhələr otağı bürüdü. Sən demə, xanımın “yuxarılarda” adamı varmış, məsələyə heç bir dövlət orqanı baxmayacaqmış, boşuna müraciət etmişəmmiş, mən onun ilk uğursuz əməliyyat etdiyi pasient deyiləmmiş, məsələ bağlanacaqmış və s.

Uğursuz əməliyyata görə, gözümü itirmək risqi yaşadım və ikinici dəfə (may ayında) əməliyyat olundum (həkim Şeref Öğretmenoğlu). Bu əməliyyat görməni düzəltmək üçün deyildi, sadəcə gözə vitamin verib, tutulmağının, daha da bərbad hala düşməsinin qarşısını almaq üçün idi...

Maraqlı olan budur ki, bu günə kimi – ekspertizadan sonra Nəsimi Rayon Prokurorluğu məni axtarıb, məsələ ilə bağlı məlumat verməyib. Niyə? Kiminsə adamınamı görə? Ümidvaram, dövlətin qanunlarına hər kəs layiqincə əməl edəcək. Axı hər gün bar-bar bağırırsınız ki, biz hüquqi dövlətdə, ədalətli cəmiyyətdə, insana dəyər verilən məmləkətdə yaşayırıq. Niyə ədalətin tərəzisini çaşdırırsınız?

Gülşən Dikmən, siz necəsiniz? Bu müddətdə bir dəfə də zəng edib, yarıcan buraxdığınız xəstənizi axtarıb aramadınız. Siz soruşmadınız, dedim mən soruşum: Vicdanınız - əgər varsa, bircə dəfə də olsa, heç sızlamadımı? Sizin məsuliyyətsizliyiniz, qeyri-peşəkarlığınız ucbatından indi bahalı bir silikon gözə möhtac qalmışam. Müraciət etmədiyim həkim – professor qalmayıb, gözlərimi elə günə qoymusunuz ki, çarə yoxdur deyir, yaxın durmurlar. Növbəti dəfə əməliyyat olunsam, görmə tamamilə itəcək. Bəs, siz nə düşünürsünüz? Artıq, düşünməyinizə ehtiyac da yoxdur, nə telefonları açın, nə də düşünün, siz ucuz reklamla gözləri kor etməyə davam edin…

İnşəallah, məhkəmədə görüşəcəyik”.

Bax belə. Hər dəfə yeni “həkim” və ya dərman vasitələrinin reklamı ortaya çıxanda hamılıqla canlı təcrübə obyektinə çevrilirik, üzərimizdə hər cür “sınaq-təcrübə” işləri aparılır. Mən, ikinci bir ölkə təsəvvür etmirəm ki, bu gün onun əhalisinin bəlkə də üçdə birinin öd kisəsi kəsilib atılmış olsun. Səbəb nədir? Daha çox kəsib doğramaqmı?.. Bir həkim ki, “bu dərmanları qəbul et, görək nə göstərir, nəticə yaxşı olsa, ikinci kursu da təyin edərik, qane etməsə, ayrı dərmanlar yazarıq”, yaxud da “əgər ağrılar baş versə, filan dərmanları da qəbul edərsən” və s. bu qəbildən olan naşı sözləri işlədirsə, indi özünüz nəticə çıxarın: sağlamlığımız hansı əllərdədir. Bu, bizim səhiyyəmizdir. Bu, həm də o səhiyyəmizdir ki, səhlənkarlığı və qeyri-peşəkarlığı səbəbindən cərrahi əməliyyat zamanı xəstəsi ölən həkim kameralar qarşısında utanıb eləmədən, zərrə qədər də olsa, üzündə peşmançılıq, vicdan əzabı sezilməyən bir görkəmlə görün, nə deyir: “Belə şeylər olur, burda nə var ki?..”. Həkim düz deyir, burda “heç nə” yoxdur və ona görə də belə şeylər daha çox bizlərdə olur – uşaq ölümü, ana ölümü, ikisinin birgə ölümü… Çünki məsuliyyət yox, cəza da yox. Bu səbəbdən də “sınaq-təcrübə laboratoriyası”nda ölənlər, əbədi şikəst olanlar hələ çox olacaq. Mən eşitməmişəm ki, belə məsuliyyətsizliyə görə hansısa həkim ciddi cəzalandırılsın. Olsa-olsa, töhmət alacaq, bir müddət sonra o da “hörmətlə” yuyulub təmizlənəcək. Və beləcə, girovuna çevrilən pasientlərin dünyasını param-parça edib başına uçuracaq.

Elə düşünməyək ki, bu kimi işlər təkcə səhiyyəmizlə bağlıdır, əsla, həyatımızın aşağı-yuxarı bütün sahələrini xərçəng kimi elə bürüyüb ki, birdəfəlik kəsilib atılmasa, əlacı olmayacaq.

Bu kimi başıpozuqluğa bənzər film kimi bir olayın mabədini qulluğunuza ərz edim. Vaqeə olub (yenə olur və innən belə olmayacağına da şübhə yox) Cənub bölgəsində.

Lənkəranın Zövlə deyilən bir kəndi var və onun da qəssab Tələt Cabbarov adlı bir sakini. Bu Tələt illərdir ki, bu bölgədə “atını” harın-harın dördnala çapmaqdadır. Məcazi mənada olsa da, Masallı və Lənkəranda (vətəndaşların etimadından sui-istifadə edərək) “atmadığı” adam qalmayıb. Zərərçəkmişlər dələduzluqda ittiham etdikləri bu cənabdan illərdir ki, üz tutub şikayət etmədiyi bir rəsmi ünvan saxlamayıblar. Bu rayonların nə polis idarələrindən, nə prokurorluğundan, nə icra hakimiyyətlərindən, nə də üst qurumlardan məsələyə əncam çəkəni yoxdur ki, yoxdur. Axı, bu Tələt kimdir, yaxud kimin kimisidir ki, özünü bu qədər arxayın, əmin bilib şakərindən əl çəkmir.

İndi bu məsələnin ən mübhəm tərəfinə diqqət edək. Ötən il Cənub bölgəsindən olan bir qrup sakin videomüraciətlə müvafiq dövlət orqanlarına şikayət edir və bu, sosial şəbəkələrdə geniş yayımlanır. Burada açıq şəkildə vurğulanır ki, dələduzluq əməli ilə məşğul olan bu şəxsi polis (Lənkəran RPİ-nin yüksək çinli məmuru) himayə edir.

Bunun nə demək olduğunu indi özünüz təsəvvür edin…

Bax belə. Və hünərin varsa bu həngamələr içində insan kimi normal yaşa. Hamılıqla “Durdurun bu rəzaləti, yetər!” deməyincə ya çatlayacaqsan, ya da partlacaqsan.


Vasif Hüseynov




Xəbər 2903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +