Mən son hadisələrdən sonra emosiyanı kənara qoyaraq, baş verənlərə soyuqqanlı yanaşıram. Ümumiyyətlə, rusiya-Ukrayna müharibəsi məni çox ayıltdı.
Bu sözləri Xəzərnews.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qabil Osmanlı bildirib.
Q.Osmanlı bildirib ki, Soyuqqanlı və proseslərin görünməyən tərəfləri:
Tarix 1991, ay may ayı Ata Buş(Respublikaçı, ABŞ-ın 41-ci prezidenti) Sovetlər Birliyinə səfər edir və səfərinin son günlərində Kiyevə gəlir.O,çixişlarının birində deyir. Ukrayna Sovetlər Birliyi tərkibindən çixmamalıdır, bunu, dəfələrlə israr edir.O, heç təsəvvür etməzdi ki, bu çıxışı onu bitirə bilər.Və nəticə özünü növbəti seçkidə göstərir. Belə ki, Ata Buş 46 yaşlı, Demokrat gənc və praqmatik lider Bill Klintona uduzur. Tramp Zelensky Nyu-yorkda olanda onunla görüşdən qaçmaq istəyirdi. Onun ağlı kəsməz, amma ətrafindakılar onu başa saldı ki, bu, yanlış addımdır, görüşmək lazımdır.”
O qeyd edib ki, Tramp bazar adamıdır. Hər şeyə də pul gözüylə baxır:
“Əslində qınamaq olmaz, axı, o ticarətçidir. Ticarətçinin dövlət işində nə işi var? Tramp o qədər düşüncəsizdir ki, seçkilərin taleyinin bəlkə bir neçə min, hətta ola bilsin bir neçə yüz səslə həll olunacağı Pensilvaniya, Miçiqan və Viskonsində 2 milyona yaxın polyak əsilli ABŞ vətəndaşının(Şərqi Avropa) yaşadığını nəzərə almır, bəlkə də bilmir. Tramp sıfır tarix bilgisi ilə rusların Napaleonu və Hitleri məğlub etməsindən heyranlıqla danışır(axı, onun mütaliəsi yoxdur) və rusları məğlubedilməz adlandırır. Ona bir tarixçi olaraq xatırladım. Belə ki, Napaleon üzərində qələbədə İngilislərin rolunu, Hitler üzərində qələbədə də ukraynalılar başda olmaqla bütün sovet xalqlarının və öz ölkəsi (İngiltərə də yenə daxil,1941-ci il “Lend-Liz”) rolundan isə o, əlbəttə ki, xəbərsizdir. İndi Respublikaçılar dönüb güzgüyə baxmaları və "biz nə edirik, hara gedirik" sualını özlərinə vermələri lazımdır. Yəni-Zelensky ilə görüş məcburi addım idi.” -deyə Jurnalist qeyd edib.
Jurnalist bildirib ki, çox təəssüf ki, şanlı ənənələrə malik partiya cahil və ağıldankəm adama təslim edilib:
“A.Linkolnun, T.Ruzveltin, R.Reyqanın partiyasında respublikaçılıq dəyərləri və ABŞ-ın quruluş fəlsəfəsi ilə hər hansı əlaqəsi, bağlılığı olmayan bir ailə və onları dəstəkləyən radikallar at oynadır. Ukraynada 24 saat ərzində sülh əldə edəcəyini hər gün təkrarlayan Tramp unudur ki, öz 4 illik prezidentliyi dövründə də Rusiya-Ukrayna müharibəsi var idi. Ukraynaya hərbi yardıma qarşı çıxan, bunun müharibəni daha da qızışdırdığını vurğulayan Tramp unudur ki, Ukraynanaya ilk ABŞ silahlarını məhz o özü verib(Jevelinlər) və Rusiya Ukrayna ərazilərini Kiyevə 1güllə belə göndərməyən Nobel sülh mükafatı laureatı Obama dövründə işğal edib. Yəni əslində demokratlar respublikaçılardan, Obama Trampdan daha sülhsevər siyasət yeridib, həmin siyasətin nəticələri isə ortadadır. Sülhsevər və pasifist siyasətin Putini ekspansiyaya daha da həvəsləndirdiyini Qərbdəki bəzi kütbeyinlər hələ də ya anlamır, ya da riyakarcasına anlamırmış kimi davranırlar. Tramp kimi birinin Respublikaçılar Partiyasının lideri olması və ABŞ əhalisinin az qala yarısının ibtidai sinif səviyyəsində çıxışlar edən bu adamı alqışlayıb ona səs verməsi, səbəbləri nə olursa olsun, tragikomediyadır. Bu, ABŞ toplumunun kənardan göründüyü və düşünüldüyü qədər yetkin olmadığını göstərir. Hər halda zamanı qabaqlamayaq. Belə bir adamın Amerika Birləşmiş Ştatları kimi ölkəyə rəhbərlik edəcəyi bu dövlətin adına qara ləkədir. Hər bir insan səhv edə bilər, ümid edirəm ki, amerikalılar 2016-cı ilin noyabr ayında etdiyi səhvi təkrarlamazlar!.”
İsmayıl Rəhimoğlu
Xəzərnews.az
Xəbər 3054 dəfə oxunub.