“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


21.09.2024  11:59 

3 saylı Uşaq evi SXA-nin nəzarətinə götürülüb





A+  A-

3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyinin (SXA) xüsusi nəzarətinə götürülüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır, müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.

Adıçəkilən müəssisə təxminən bir ay olar hüquqi olaraq SXA-nın idarəetməsindədir:

"Tabeliyimizdə olan digər müəssisələrdə olduğu kimi burada da müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır. Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır".

Xatırladaq ki, R.Rəsulov həmin müəssisədə uşaqların kamera olmayan yerlərdə - dəhlizdə və tualetdə döyüldüyünü və təhqir edildiyini iddia edib.

Xəbər 4984 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +