İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


13.09.2024  11:35 

Manaf Ağayevi toyda döyməyə hünəriniz çatar?





A+  A-

Mən sənət adamlarının döyülməsinin qəti əleyhinəyəm. Nə dəxli var, döyülən adam Rəşid Behbudov məktəbini keçib, yoxsa Elarizin mikrofondaşıyanı olub...

Sənət adamı, ümumiyyətlə, hər bir adam hörmətə layiqdir. Düzdür, hörməti insanın özü qazanır. Əməli, hərəkətləri ilə. Amma kiminsə bunu qabiliyyəti çatmırsa, bizim qanacağımız çatmalıdır.

Sənəti ucuzlaşdırmaq olmaz. Sənət ucuzlaşanda sənət adamı da ucuzlaşır, hörmətdən düşür. Adamın hörməti olmayanda isə başıqapazlı olur...

Müğənni Kərimin toyda döyülməsi yaxşı hal deyil, kədərli hadisədir. Birincisi ona görə ki, adam döymək vəhşilikdir. Bu, konkret cinayət əməlidir. Sözsüz ki, asayiş keşikçilərimiz Kərimi döyənlərin toyda yediklərini burnundan gətirəcək. Məsələnin ən pis tərəfi isə odur ki, durduğu yerdə camaatın toyuna qan-qaraçılığı salırlar. Toy əylənmək, sevinmək, sevinci bölüşmək üçündür. Məclis sahibinin sevincinə şərik çıxa bilmirsənsə, heç olmasa, belə əziz gündə camaatı dilxor etmə. Otur bir küncdə, aşını, bozbaşını ye, çıx get evinə! Axı mən niyə toydan çıxıb polis bölməsində izahat yazmalıyam?! Niyə 15-20 adam da şahid qismində dindirilməlidir?

“Niyə”sini mətbuat açıqlayıb. Sən demə, Kərim fonoqrama ilə oxuduğuna görə döyülüb...

Sənətin təəssübünü çəkmək yaxşı haldır. Amma bunu şillə-təpiksiz də etmək olar. Məsələn, adam balası kimi Kərimə demək olar ki, canlı ifa etsin...

Biz azərbaycanlılar məclis adamıyıq. Həftədə ən az 2 dəfə xeyir-şər məclislərində iştirak edirik. Məsələn, mən 17 il əvvəl bir həmkəndlimin dəfn mərasimində tanış olduğum mollanı axşam toyda tamadalıq edərkən görmüşdüm. Başqa bir toyda isə illərlə valideynlərinin qapısını açmayan adamın “Ana” seygahının sədaları altında hönkür-hönkür ağladığının şahidi olmuşdum. Arvadı, 2 uşağı ilə toya gəlib doyunca yeyib-içəndən sonra bəylə gəlinə xitabən “yaxşı gündə də, pis gündə də arxanızdayam” deyən əminin evə gedəndə pul yazdırmağı “unutduğunu” da eşitmişəm...

Toylarda bu cür əndərəbadi hadisələr arağa görə baş verir. Əminəm ki, Kərimə əl qaldıranlar da içkili olublar. Həmin adamlara bir sualım var: Həmin toyda Kərim Abbasov deyil, Manaf Ağayev fonoqramla oxusaydı, onu döyməyə hünəriniz çatardımı?

Seymur VERDİZADƏ

Xəbər 5826 dəfə oxunub.




23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +