“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini


08.06.2024  00:22 

Masallıda “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimatı – FOTOLAR





A+  A-

Masallıda jurnalist-publisist Akif Ağayevin “Fitrətimizdədir vətənpərvərlik” kitabının təqdimat mərasimi keçirilib.

Xəzərnews.az xəbər verir ki, iyunun 6-da Masallı Gənclər Evində təşkil olunan tədbirdə rayon rəsmiləri, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Cəbrayıl, Füzuli, Şuşa və Xocalı sakinləri, ağsaqqal və ziyalılar, şair və yazıçılar, gənclər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev kitabın müəllifi – Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeni həyat” ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “AZpressTİMES.info” saytının redaktoru, tanınmış jurnalist-publisist Akif Ağayevin yaradıcılığı və “Fitrətimizdədir vətənpərvərlik” kitabı barədə qısaca məlumat verib. O, bildirib ki, filologiya elmləri doktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin ön söz yazdığı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Arif Fərzəlinin redaktoru olduğu kitabda I və II Qarabağ müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı ölümü gözə alan şəhid və qazilərimizin şərəfli ömür yolu barədə, eləcə də vətənpərvərlik mövzusunda digər yazılar yer alıb.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Əməkdar jurnalist, yazıçı-publisist Zakir Abbas, “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Rəşad Nadirov, Şuşa şəhər sakini Rafiq Abbasov çıxışlarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun rəşadəti ilə qazanılan böyük Zəfərdən danışıb, qələmi ilə müsəlləh əsgərə dönən yazarlarımızın rolunu, o cümlədən Akif Ağayevin qələmə aldığı yeni kitabını yüksək dəyərləndiriblər.

Kitabın bədii məziyyətlərindən və ictimai-siyasi əhəmiyyətindən bəhs edən natiqlər bu cür nəşrlərin gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında, Azərbaycan salnaməsində yeni tarix yazan qəhrəman oğullarımızın tanıdılmasında önəmliyini vurğulayıblar.

İki şəhid – Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova övladları ilə bağlı xatirələrini bölüşüb, kitabın müəllifinə, nəşrinə dəstək olanlara təşəkkür edib.

Müəllif Akif Ağayev bu müqəddəs missiyanı hər bir yurdsevər yazar kimi özünün də mənəvi borcu kimi səciyyələndirib, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yazılan kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Kitab müəllif imzası ilə tədbir iştirakçılarına paylanıb.








Xəbər 2326 dəfə oxunub.




15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir

14.06.2024  12:38 

Sabahdan bayram tətili başlayır


BÜTÜN XƏBƏRLƏR +