“Kartımdan 30 manat oğurlayıblar“ - “Kapital Bank“a fırıldaqçılıq ittihamı - VİDEO
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib
General ekspertizadan imtina etdi - Həbsdə qaldı
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi - Fotolar
Samir Şərifov nazir müavini təyin edilib -YENİLƏNİB
Deputat borcuna görə obyektini təhvil verdi


16.04.2024  15:50 

“O Tiktokerlər cəzalandırılmalıdır“ - Sosioloq





A+  A-

“Sosial şəbəkələrdəki bu cür yolverilməz hallarla bağlı dəfələrlə iradımı bildirmişəm. İnsanlara sosial şəbəkələri qadağan edə bilmərik. Bu cəmiyyətdir və sosial şəbəkə cəmiyyətin yaratdığı yeni şəraitdir. Amma biz yeni nəsli elə yetişdirməliyik ki, sosial şəbəkədən faydalı şəkildə istifadə etsin”.


Xəzərnews.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələrdə hüquqi məsuliyyət yaradan çıxışlar haqda danışarkən deyib.

O, Tiktok-da çıxışlarına diqqət etməyən istifadəçilərin cəzalandırılmasının müsbət bir addım olduğunu bildirib:

“Mən özüm də TikTok istifadəçisiyəm, orda faydalı məlumatları əldə edirəm. Amma elə adamlar da var ki, Tiktok-da əxlaqsız hərəkətlər edir, ədəbsiz ifadələr işlədir. Mən həmişə belə bir modeli təklif edirəm. Düşünün ki, şəhərə qrip düşüb, sən uşaqları qoruyursan ki, xəstəliyə yoluxmasın. Amma bir də var ki, sən uşağın immunitetini qaldırırsan ki, xəstəlik ona yoluxmasın. Mən bu ikinci modelin tərəfdarıyam. Biz elə etməliyik ki, yeni sosial şəbəkələrin mahiyyəti aydın olsun. TikTok və digər sosial şəbəkələr də ictimai yerdir. Biz bilirik ki, insan özünü ictimai yerdə apara bilməyəndə məsuliyyətə cəlb edilir və cəzalandırılır".

Sosioloq qeyd edib ki, insanlar sosial platformalarda özlərini məsuliyyətli hiss etməlidirlər:

"Burda özbaşınalıq, nə gəldi deyə və azyaşlı uşağı istismar edə bilməzsən. Ona görə də düşünürəm ki, bir tərəfdən güclü maariflənmə getməlidir, digər tərəfdən isə hüquq-mühafizə orqanları bu adamlara qarşı tədbirlər görməlidir. İctimai yerlərdə davranış formaları var və bunu pozan adamlar da təbii ki, cəzalandırılmalıdır".

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Xəbər 2243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?

13.01.2025  10:28 

Lənkəranda kişi meyiti tapılıb


BÜTÜN XƏBƏRLƏR +