Naxçıvanda hamilə qadın və körpəsi öldü
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim GİZLƏDİB?
Suriyadakı səfirliyimiz bərpa olunacaq
İmişlidə maşın üç məktəblini vurdu: Ölən VAR
Azərbaycandan Qorbaçovla bağlı Nobel Komitəsinə MÜRACİƏT
QHT sədri qəza törətdi: Ölən VAR
Hakan Fidan Bakıya gəldi
Azərbaycanda meymunçiçəyi AŞKARLANDI
Hökumə Əliyevanın adına köçürülən 80 min OĞURLANDI
Sevil xəstəxanaya YERLƏŞDİRİLDİ


15.04.2024  22:29 

“Universitetlər diaspor nümayəndələrini pulsuz təhsilə cəlb edə bilər”- Millət vəkili





A+  A-

“Hazırda inkişaf edən beynəlxalq, eyni zamanda dövlətlərarası münasibətlər kontekstində diaspor və diaspor diplomatiyası çox mühüm əhəmiyyət kəsb etməkdədir. Azərbaycanda da diaspor quruculuğu Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi. Onun sözlərinə görə, xalqımızın taleyüklü məsələlərinin həll olunmasında Azərbaycan diasporunun milli maraqlarımız uğrunda necə fəal mübarizəyə qoşulmasına şahidlik etdik:

“Hər hansı bir ölkədəki Azərbaycan diasporu orada ölkəmizin qeyri-rəsmi elçiliyidir. Bunun üçün kadrların hazırlanması, Azərbaycanla dərin əlaqələrə malik olan diaspor nümayəndələrinin yetişdirilməsi çox aktualdır. Ona görə də Azərbaycandan kənarda yaşayan azərbaycanlıların məhz öz tarixi vətənlərində güzəştli şərtlərlə, pulsuz təhsilə cəlb edilməsi diasporumuzun inkişafı və onun etibarlılığı baxımdan mühüm əhəmiyyət kəsb edir. Doğrudur, Azərbaycan Respublikasının dövlət sərhədlərindən kənarda belə, bəzi ölkələrdə yaşayan azərbaycanlılar yenə də öz evlərindədirlər, tarixi vətənlərindədirlər. Amma buna baxmayaraq, onlarla əlaqələrin gücləndirilməsi nəticə etibarı ilə ortaq milli identikliyimizin, bənzərliyimizin daha da dərinləşməsinə səbəb olacaq. Yəni, ortaq azərbaycanlı kimliyinin formalaşması prosesində bir növ katalizator rolunu oynayacaqdır”.

H.Babaoğlu qeyd etdi ki, İranda yaşayan azərbaycanlılarla bağlarımızda bir qədər fasilələrin yaranması, Borçalı və Dərbənddə yaşayan azərbaycanlılarla əlaqələrimizin bir qədər zəifləməsi bir daha milli çağırışlar və maraqlar kontekstində bu məsələni, yəni onların ali təhsilə cəlb edilməsini aktual edir:

“Ona görə də düşünürəm ki, həm dövlət, həm də ölkəmizdə fəaliyyət göstərən universitetlər hesabına hər il mütəmadi olaraq Azərbaycandan kənarda yaşayan diaspor nümayəndələrimizin burada pulsuz təhsilə cəlb olunmasını təmin edə bilər. Bu heç şübhəsiz ki, milli maraqlarımız və onun təmin olunması üçün əlavə imkanlar yaradar”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Xəbər 2234 dəfə oxunub.



18.01.2025  11:57 

Prezident Hakan Fidanı qəbul etdi

18.01.2025  11:06 

Hakan Fidan Bakıya gəldi

18.01.2025  10:16 

Sürücülərin nəzərinə!

17.01.2025  18:14 

Bakıda restoran YANDI


BÜTÜN XƏBƏRLƏR +