Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


15.04.2024  18:57 

Qazaxıstan qazax çölünün görkəmli övladının yubileyini qeyd edir





A+  A-

Bu il Qazaxıstan qazax elminin görkəmli şəxsinin və Sovet İttifaqında tanınmış geoloq-alim Kanış İmantayeviç Satpayevin dünyaya gəlməsinin 125 illiyini qeyd edir.

Xəzərnews.az bildirir ki, Kanış Satpayevin adı ilə elm və sənayedə böyük nailiyyətlər bağlıdır. K.İ.Satpayev qazax dilində ilk cəbr məktəb dərsliyinin tərtibçisi, qazaxlar arasında ilk peşəkar mühəndis-geoloq, SSRİ EA-nın ilk qazax akademiki, Qazaxıstanın Elmlər Akademiyasının təsisçisi və ilk prezidenti, QazSSR EA-nın Geologiya İnstitutunun ilk direktoru, Qazaxıstanın Dövlət və Lenin mükafatlarının ilk laureatı, Qazaxıstan geoloqlar elmi məktəbinin yaradıcısı və qazax metallurgiya elminin banisi olub.

Kanış Satpayev Qazaxıstanın Pavlodar vilayətinin indiki Bayanaul rayonunda anadan olub. Gələcək alimin təhsilinin ilk illəri doğma aulun yerli molla yanında ərəb dilində keçib. Sonradan, K. Satpayev Pavlodarın qazax-rus gimnaziyasında iki sinifi bitirir. Daha sonra onun həyat yolu Semipalatinsk Müəllimlər Seminariyasından və Tomsk Texnoloji Universitetindən keçir. Seminariyada onun sinif yoldaşları arasında tanınmış qazax dramaturq, nasir, şair Jusupbek Aymauıtov, yazıçı Muxtar Auezov və alim Alkey Marqulan kimi “Alaş” milli azadlıq siyasi partiyasının tanınmış xadimləri olub. Semipalatinskdə təhsil aldığı zaman K.Satpayev həmçinin Axmet Baytursınov, Mırjakıp Dulatov və Sultanmahmud Torayqırov kimi qazax ziyalılarının digər dahi nümayəndələri, “Alaş” partiyasının üzvləri ilə görüşürdü. Gənc alim eyni zamanda Ş.Kudayberdıulı ilə sıx əlaqədə olub, onun yaradıcılığına böyük qiymət verirdi.

Gənc mühəndis-geoloq Kanış Satpayev peşə fəaliyyətinə 1927-ci ildə yerli ixtisaslanmış kadrların olmadığı, maliyyələşmənin və maddi bazanın zəif olduğu şəraitdə Karsakpay mis mədənində başlayıb. Buna baxmayaraq, 1930-1940-cı illər ərzində Kanış Satpayev dünyaya özünün ən böyük kəşfi – dünyada ən böyük, ehtiyatı 2 milyon tonn olan Cezkazqan mis yatağını təqdim edib.

Böyük Cezkazqanın kəşfi Qazaxıstanın simasını həmişəlik dəyişdirdi və ölkənin aqrar ölkəsindən sənaye ölkəsinə çevrilməsində töhfə verib. Ölkədə mis əritmə zavodunun tikintisi, İrtış-Karaqanda kanalının və dəmir yolunun çəkilməsi kimi iri layihələr həyata keçirilib. 1934-cü ildə ilk ali texniki təhsil müəssisəsi – Qazax Dağ-Metallurgiya İnstitutunun (indiki K.İ.Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universitet) açılışı olub. Yaradılan institut ilk qazax elmi kadrlarının yetişdirmə ocağına çevrilib.

Akademik Kanış Satpayevin elmi irsi 800-ə yaxın nəşr əhatə edir. Onun redaktorluğu ilə Qazax SSR EA-nın 30-dan çox elmi əsərlər toplusu dərc olunub. Alim Qazaxıstanın ən böyük faydalı qazıntı yataqlarının kəşfinə və onların hasilatı və emalı üçün istehsalat bazasının yaradılmasına əvəzsiz töhfələr verib. Onun rəhbərliyi ilə ilk dəfə dünyanın geoloji praktikasında analoqu olmayan Qazaxıstanın faydalı qazıntılar xəritəsi tərtib olunub.

Hazırda Ulıtau vilayətində şəhər, yüzlərlə küçə, habelə orta təhsil müəssisələri onun şərəfinə adını daşıyır. K.Satpayevin siması onun şərəfinə ucaldılan heykəllərdə əks olunub. Qazaxıstanın Elmlər Akademiyasının Geologiya Elmləri İnstitutu və ölkənin ən iri texniki ali təhsil müəssisəsi olan Almatı şəhərinin Qazax milli texniki universiteti onun adını daşıyır. Bundan başqa Cunqar (Jetisu) Alatau dağ silsiləsindəki buzlaq və zirvə, Karatauda vanadium yatağında aşkar olunan “Satbayevit” mineralı, “Akademik Satpayev” qladiolus çiçəyi və hətta planetlərdən biri onun adı ilə adlandırılıb.





Xəbər 1003 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +