Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


15.04.2024  11:06 

“Bu sahədə çox ciddi qüsurlar var” - ADP sədri





A+  A-

“Qeyri-rəsmi siyasi güclərin siyasətdə istifadə olunması çox ciddi önəm daşıyır. Hətta BMT-nin pereventiv diplomatiya deyilən bir proqramı da var ki, dövlətlərarası münasibətlərin yoluna qoyulmasında qeyri-rəsmi güclərdən istifadə olunur. Belə güclərdən biri də diaspordur”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi. Onun sözlərinə görə, diasporlar adətən yaşadıqları ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edirlər:

“Çalışırlar ki, yaşadıqları ölkələrin imkanlarından doğulduqları və Vətən hesab etdikləri ölkənin maraqlarına xidmət etsinlər. Bu baxımdan diasporun çox böyük əhəmiyyəti var. Azərbaycan diasporu dünyada ən cavan diaspordan biridir. Bizim diaspor üzvləri türk, erməni və yəhudi diasporundan fərqli olaraq bir yerdə kompakt yaşamırlar. Misal üçün, elə ölkə var ki, orada ümumi şəkildə on min azərbaycanlı var. Amma onların ikisi belə bir şəhərdə yaşamır. Buna görə də obyektiv səbəblərə görə xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini təşkil etmək çox çətindir”.

Partiya sədri vurğuladı ki, “Şuşa Bəyannamə”sinə görə Türkiyə ilə Azərbaycan diasporu fəaliyyətini əlaqələndirməlidir:

“Bu sahədə çox ciddi qüsur var. Yəni, Azərbaycanla Türkiyə diasporu arasında tam əlaqə qurulduğu təqdirdə bizim gücümüz on qat arta bilər. “Şuşa Bəyannamə”sində bu qərar qəbul olunub, dövlətlər üzərinə öhdəlik götürüb. Amma proses getmir. Burada hansısa çirkin və ya sağlam niyyətin olduğunu deyə bilmərəm. Lakin məhz bu bəyannamənin həmin bəndinin icra olunmaması bizim əlimizi xeyli zəiflədib”.

S.Cəlaloğlu qeyd etdi ki, diasporlar üzvlərinin təşkili qaydasında meydana çıxmalıdır:

“Amma Azərbaycan təcrübəsində diasporlar Dövlət Komitəsi tərəfindən təşkil olunur. Bu da yuxarıdan aşağıya doğru təşkilatlanma olduğuna görə, diaspor üzvləri ilə onları idarə edən adamlar arasında çox ciddi konfliktlərə gətirib çıxarır. Burada həddən artıq problemlər var. Yaranmış vəziyyətin dəyişməsi üçün çox ciddi addımlar atılmalıdır”.

Partiya sədri bildirdi ki, bu gün Azərbaycan diasporu zəif olsa da, müsəlman ölkələrinin diasporu ilə əlaqələr qurmaqla yeni bir güc kimi ortaya çıxa bilər:

“Bunun üçün Azərbaycan diaspor nümayəndələri başqa ölkələrin diaspor fəaliyyətində aktiv iştirak etməlidir. Bu sahədə çox ciddi qüsurlar var. Belə hesab edirəm ki, klassik mənada Azərbaycan diasporu yoxdur. Yəni, təşkilatlanaraq diaspor kimi formalaşmaq üçün illər lazımdır”.

S.Cəlaloğlu qeyd etdi ki, Cənubi Azərbaycan türklərinin diaspor işinə cəlb edilməsi işi də sıfıra bərabərdir:

“Halbuki İrandan Avropaya, digər ölkələrə daha çox milli şüura malik siyasi aktivistlər gedib ki, bunların diaspor fəaliyyətinə cəlb edilməsi, bir sıra təşkilatların rəhbərliyinə gətirilməsi olduqca vacibdir. Yalnız Türkiyə diasporu ilə yox, həm də güneyli azərbaycanlıların diaspora fəaliyyətinə cəlb edilməsi ciddi bir vəzifə kimi qarşıya qoyulmalıdır. Təbii ki, bu Diasporla İş üzrə Dövlət Komitəsinin problemidir. İşin düzgün təşkil edilməsi üçün burada innovativ düşüncəyə malik insanlar olmalıdır, təşəbbüslər irəli sürülməlidir. Təəssüf ki, korrupsiya bir xəstəlik kimi Azərbaycanda dövlət orqanlarını zədələyib. Bu da işin düzgün qurulmasına, səmərəli nəticələr əldə edilməsinə mane olub, bundan sonra da mane olacaq”.

Zəfər
Diaspora.TV


Xəbər 1044 dəfə oxunub.




23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +